. Love.az

Kerbelayi Sefixan Qarabagi - Wikipedia - Love.az

Ana Səhifə - Kerbelayi Sefixan Qarabagi

Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı.[1]

Kərbəlayı Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği
Doğum tarixi təq. 1817
Doğum yeri
  • Şuşa, Şuşa qəzası
Vəfat tarixi 25 iyun 1910(1910-06-25)
Vəfat yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Mirzə Həsən qəbiristanlığı
Fəaliyyəti memar, bərpaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.[2]

Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı.

Fəaliyyəti

redaktə

Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.

  • Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa
  • Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa
  • Saatlı məscidi (1883)
  • Culfalar məscidi
  • Hacı Ələkbər məscidi
  • Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868),
  • Ağdamda məscid (1870),
  • Odessada Tatar məscidi (1870),
  • Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
  • Şirin su hamamı

Həmçinin bax

redaktə
  • Ağa Mirək Mirzə Qiyas

İstinadlar

redaktə
  1. ↑ Rizvan Qarabağlı, Memar Kərbəlayi Səfixan Qarabaği. Bakı: 1995
  2. ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kərbəlayi_Səfixan_Qarabaği&oldid=7574241"
LOVE.AZ