. Love.az

Kerim Novruzov - Wikipedia - Love.az

Ana Səhifə - Kerim Novruzov

Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı.[1]

Kərim Novruzov
Ümumi məlumatlar
Ləqəbi Ağakərim
Doğum tarixi 1 may 1964 (61 yaş)
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 1983–2017
Janr Meyxana

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Erkən illəri
    • 1.2 Yaradıcılığı
    • 1.3 Şəxsi həyatı
  • 2 Musiqi repertuarı
  • 3 İstinadlar

Həyatı

redaktə

Erkən illəri

redaktə

1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır.

Yaradıcılığı

redaktə

Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.

2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür.

Şəxsi həyatı

redaktə

Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib.[2] 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.[3]

Musiqi repertuarı

redaktə
  • "Amandı"
  • "Azərbaycanlılar"
  • "Bu gedər, o biri gələr"
  • "Divanə kimi"
  • "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi"
  • "Günahkar mavi Xəzərdir" feat. Mətanət Əbdülova
  • "Kasıb"
  • "Qonşunun gəlini"
  • "Maştağa"
  • "Nizami"
  • "Pul"
  • "Rədd elə getsin"
  • "Varmı görəsən?"
  • "Vurulmuşam"

İstinadlar

redaktə
  1. ↑ "Meyxanaçı Kərim: "Pis dolanmıram, nədən şikayətlənməliyəm?"". teleqraf.com. teleqraf.com. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
  2. ↑ "İnsult keçirən Kərim efirdə - "Hərəkət edə bilmirdim"". qafqazinfo.az. qafqazinfo.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2021.
  3. ↑ "Ağakərim yenidən İNSULT keçirdi". 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağakərim&oldid=7850164"
LOVE.AZ