Kərkük qəzası (türk. Kerkük Kazâsı) — Osmanlı İmperiyasının Mosul vilayətinin Şəhr-i Zor sancağında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi.
1891–ci ildə Parisdə nəşr edilmiş "Asiya Türkiyəsinin inzibati coğrafiyası: Kiçik Asiyada hər bir vilayətin statistikası, təsviri və təhlili" (II cild) kitabında fransız əsilli coğrafiyaşünas və şərqşünas Vital Küne[q 1] (fr. Vital Cuinet) tərəfindən verilən məlumatlara əsasən ümumi sayı 30.000[1] nəfər olan qəza əhalisinin 28.000 nəfərini müsəlman türkmanlar, 1.600 nəfərini yəhudilər, 400 nəfərini isə xristian xaldeylər təşkil edirdi.[2] Kərkük şəhərində[3] türk və kürd dillərində, qəzanın kəndlərində həmçinin ərəb və xaldey dillərində danışılırdı.[4] Qəzada ən iri yaşayış yerləri (4730 ev) Kərkük şəhəri, (əhalisi əsasən əkinçiliklə məşğul olan ərəblərdən ibarət)[5] Məlha, (798 ev; kişi cinsindən 1704 nəfər)[6] Altunköprü, (əhalisi kürdlər olan)[6] Şivan və (756 ev; kişi cinsindən 1750 nəfər)[4] Tuzxurmatu kəndləri idi.
Kərkük qəzasında əhalinin etnik tərkibi, 1891-ci il Türkmanlar (93,33 %) Yəhudilər (5,33 %) Xaldeylər (1,34 %)
Vital Künenin məlumatlarına əsasən qəza Kərkük şəhərindən və 310 kəndi əhatə edən 5 nahiyyədən ibarət idi:[7]