Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr.
Kavkaz | |
---|---|
rus. Кавказ | |
![]() | |
Yaranma tarixi | 1846 |
Dil | rus dili, erməni dili |
Nəşrini dayandırıb | 1918 |
Baş ofis | |
Ölkə | |
![]() |
Nəşr 1846-cı ildə işıq üzü gördü. Nəşr canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki bu yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi.[1] 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşdirildi və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi.
12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında ilk dəfə "M. Qorki" təxəllüsü imza şəklində peydə olmuşdur.
1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırdı.