. Love.az

Kakaveyhiler Sulalesi - Wikipedia - Love.az

Ana Səhifə - Kakaveyhiler Sulalesi

Kakaveyhilər sülaləsi — 1008–1274-cü illər arasında İranın Yəzd, İsfahan, Həmədan və Rey əyalətlərində hökm sürən deyləmi xanədan.

Kakaveyhilər sülaləsi
Paytaxt İsfahan
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Kakaveyhilər və oğuzlar
  • 3 Hökmdarları
  • 4 Şəcərə
  • 5 Mənbə
  • 6 İstinadlar

Tarixi

redaktə

Sülalənin əsasını Düşmənziyar qoyub. Mənşəcə deyləmlidir. O, Buveyhilərdən Rey, Cəbəl və Şəhriyar şəhərlərini almışdı. Onun oğlu Əbu Cəfər Məhəmməd ibn Kakaveyh kimi tanınırdı. Kaka deyləm ləhcəsində dayı deməkdir.

Sırasıyla Buveyhilər sülaləsi, Qəznəlilər dövlətinə və Böyük Səlcuq İmperiyasına bağlanan Kakaveyhilər sülaləsi 1051-ci ildə İsfahanın səlcuqlulara ilhaq edilməsiylə ortadan qalxmışdır. Səlcuqlular bu sülalə nümayəndələrini Yəzd valiləri təyin edirdilər.

XIII əsrdə İrana hakim olan Elxanlılar sülaləsi tərəfindən 1274-cü ildə tam olaraq ortadan qaldırılmışdır.

Kakaveyhilər və oğuzlar

redaktə

Deyləmilər Deyləmdə Kakaveyhilər sülaləsini qurmuşdular. Azərbaycanda Rəvvadilər və Şirvanşahlar sülaləsi mövcudkən, Azərbaycan ilə Şərqi Anadolunun bir hissəsi Şəddadilərin əlində idi. Oğuz birlikləri Reyi tərk edincə, Deyləm Kakaveyhilərdən İsfahan və Həmədan hakimi Əlaüddövlə buraya hücum etmişdir. Ancaq müvəffəq ola bilməmiş, xüsusilə də Əbu Səhl-i Həmdavi qarşısında məğlub olunca oğuzlardan kömək istəmişdir. Azərbaycan tərəflərinə hərəkət edən oğuz boy bəylərindən Qızıl bu dəvət üzərinə geri döndü. Qızılın əmrində cəmi 1500 qədər əsgər var idi. Ancaq onun Əlaüddövlə ilə dostluqları uzun davam etmədi. Qısa vaxt sonra münasibətləri pozuldu və Qızıl talanlara davam etməyə başladı. Qızılla birlikdə Azərbaycana gələn Buğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər.[1]

Hökmdarları

redaktə
İsfahan :
  • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh 1007–1041
  • Fəramərz Əbu Mənsur ibn Məhəmməd 1041–1051
Həmadan :
  • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd 1024–1047
Yəzd:
  • Əli ibn Fəramərz 1051–1095
  • II Gərşasp ibn Əli 1095–1141
  • I Fulana və II Fulana 1141–1161
  • Yəzd atabəyləri 1161-ci ildə sülaləyə son verdi.

Şəcərə

redaktə
  • Mərziban
    • Rüstəm Düşmənziyar
      • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh
        • Fəramərz Əbu Mənsur ibn Məhəmməd
          • Əli ibn Fəramərz (1095)
            • II Gərşasp ibn Əli (1141)
              • I Fulana
              • II Fulana, Yəzd atabəyi Rüknəddin Sam tərəfindən taxtdan salınıb.
                • Əlaəddövlə Ata xan (1227)
        • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd (1051/1052)
        • Əbu Hərb
        • Fulana, Sultan Mahmud Qəznəvi tərəfindən taxtdan salınıb.
    • Fulana
      • Seyyidə (1028)

Mənbə

redaktə
  • Ирмияева Т. Ю. История мусульманского мира от Халифата до Блистательной Порты. Челябинск, 2000, с. 323.
  • Босворт К. Э. Мусульманские династии. Справочник по хронологии и генеалогии = The Islamic Dynasties. A Chronological and Genealogical Handbook. — М.: Наука, 1971. — С. 207–208. — 324 с. — 14,000 экз.

İstinadlar

redaktə
  1. ↑ Faruq Sümer, Oğuzlar, Bakı, "Yazıçı", 1992, s. 80.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kakaveyhilər_sülaləsi&oldid=7798795"
LOVE.AZ