. Love.az

Kalbaoruc Dize - Wikipedia - Love.az

Ana Səhifə - Kalbaoruc Dize

Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır.[2] 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Kalbaoruc Dizə
39°17′40″ şm. e. 45°28′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Kalbaoruc Dizə xəritədə
Kalbaoruc Dizə
Kalbaoruc Dizə

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Xarici keçidlər
  • 12 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir.[4]

Tarixi

redaktə

Tarixi abidələri

redaktə

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir.

Əhalisi

redaktə
İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 431 211 220
2009[6] ↗537 ↗261 ↗276

İqtisadiyyatı

redaktə

Kənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.

Mədəniyyəti

redaktə

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

redaktə

Kənddə təhsil müəssisəsi olaraq tam orta məktəb mövcuddur. Məktəb yeni inşa edilmiş və 2 mərtəbədən ibarətdir.

Din

redaktə

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

redaktə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  4. ↑ Kalbaoruc Dizə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  5. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  6. ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 35". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kalbaoruc_Dizə&oldid=8143229"
LOVE.AZ