. Love.az

Kamaleddin Qafarov - Wikipedia - Love.az

Ana Səhifə - Kamaleddin Qafarov
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı.[1]

Kamaləddin Qafarov
Şəxsi məlumatlar
Doğum adı Qafarov Kamaləddin Nəsrəddin oğlu
Doğum tarixi 7 sentyabr 1976(1976-09-07) (48 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Naxçıvan Dövlət Universiteti,
  • Kimya-biologiya təmayüllü respublika liseyi[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
kqafarov.az

Həyatı

redaktə

Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.

2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.

2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

redaktə

2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.[3]

İstinadlar

redaktə
  1. ↑ 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az (az.)
  2. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  3. ↑ "Milli Məclisin yeni tərkibdə İntizam komissiyası formalaşdırılıb". Apa.az (az.). İstifadə tarixi: 2025-02-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamaləddin_Qafarov&oldid=8079817"
LOVE.AZ