İbni Kamal paşa, Kamalpaşazadə (osman. کمال پاشازاده) və ya Əhməd ibn Süleyman ibn Kamal paşa (15 may 1469[1], Ədirnə – 16 aprel 1534[1][2], İstanbul) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı.
Kamalpaşazadə | |
---|---|
osman. کمال پاشازاده | |
![]() | |
may 1526 – 16 aprel 1534 | |
Əvvəlki | Zənbilli Əli Əfəndi |
Sonrakı | Sadullah Sədi Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1469(1469-05-15)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1534(1534-04-16)[1][2] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | tarixçi, şair, yazıçı |
Dini | İslam |
![]() |
15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi.
Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.
İlk olaraq Anadolu qazəsgərinin köməyilə Ədirnədəki Əli bəy mədrəsəsində müdərris təyin olundu. Daha sonra Skopyedəki İshaq Paşa mədrəsəsində (1505), Ədirnədəki Üç şərəfəli mədrəsəsində (1506), İstanbuldakı Sahn-ı Səman mədrəsəsində (1508), Ədirnədəki Sultan Bəyazid mədrəsəsində (1511) müdərris olaraq xidmət göstərmişdir.
I Səlim dönəmində Osmanlı əhalisini Səfəvilərlə müharibəyə hazırlamaq məqsədilə risalələr hazırlamış, Səfəvilərlə ediləcək olan müharibənin cihad olduğunu söyləmişdir. Beləliklə, şöhrət qazanan Kamalpaşazadə 1515-ci ildə Ədirnə, 12 sentyabr 1516 tarixidə isə Anadolu başqazısı seçildi. Bu vəzifədə ikən Misir səfərinə qatılan Kamalpaşazadə səfər əsnasında padşahın rəğbətini qazanmış, hətta səfərin sonunda Misirdə yeni nizamın qurulması üçün vəzifələndirilmişdir.
1518-1519-cu illərdə Qaraman qazısı seçildi və 1520-ci ildə Ədirnədəki Darülhədis, 1522-ci ildə isə Sultan Bəyazid mədrəsəsində müdərris olaraq xidmət göstərmişdir. 1524-cü ildə İstanbula geri döndü və vəzifəsini Fateh Sultan Mehmed mədrəsəsində davam etdirdi. 1526-cı ilin may ayında isə Zənbilli Əli Əfəndinin yerinə şeyxülislam seçilmişdir. Bu vəzifəsinə davam edərkən 16 aprel 1534-cü ildə vəfat etdi.