. Love.az

Kamile Dadas Zade - Wikipedia - Love.az

Ana Səhifə - Kamile Dadas Zade
Bu səhifənin Kamilə Dadaşzadə olaraq adlandırılması təklif edilir.
Səhifənin adının dəyişdirilməsi ilə bağlı müzakirədə iştirak edərək fikirlərinizi bölüşə bilərsiniz. Lütfən, müzakirə bitənə qədər səhifədən şablonu çıxarmayın.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Kamilə Hüseyn qızı Dadaş-zadə — sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Milli Konservatoriyasının rektoru.[1]

Kamilə Dadaş-zadə
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Milli Konservatoriyası,
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (–2011)
Təhsili
  • Bakı Musiqi Akademiyası
Üzvlüyü
  • Azərbaycan Bəstəkarlar İttifaqı
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Kitabları
  • 4 İstinadlar

Həyatı

redaktə

2005–2007-ci illərdə və 2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri olub.[2]

Konservatoriyanı bitirdikdən sonra uzun müddət Azərbaycan Aşıqlar Birliyində çalışıb. 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.[3]

2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə "Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi" adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması onun təşəbbüsü ilə həyata keçirilib. O, həmçinin Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.[4]

Mükafatları

redaktə

10 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif olunub.

Kitabları

redaktə
  • "Dastanın işarə sistemi"
  • "Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq"

İstinadlar

redaktə
  1. ↑ Prezident onu rektor təyin etdi — Sərəncam
  2. ↑ "Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının Müdiri". 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
  3. ↑ Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kimdir? – Tərcümeyi-hal
  4. ↑ Prezidentin rektor təyin etdiyi şəxs kimdir? — Dosye
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamilə_Dadaş-zadə&oldid=8159741"
LOVE.AZ