Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Sarıcalı, Ağdam rayonu – 2012, Bakı) — hüquq elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2009).[1]
Kamilə Sarıcalinskaya | |
---|---|
Kəmalə Qiyas qızı Sarıcalinskaya | |
Doğum tarixi | 22 oktyabr 1926(1926-10-22) |
Doğum yeri | |
Vəfat tarixi | 2012 |
Vəfat yeri | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
![]() |
1926-cı il oktyabrın 22-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.
BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Kamilə Sarıcalinskaya 2012-ci ildə vəfat etmişdir.[2]
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |