Kamil İbrahimov (tam adı: Kamil Fərhad oğlu İbrahimov) — "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi.[1] Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru.
Kamil İbrahimov | |
---|---|
Kamil Fərhad oğlu İbrahimov | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 2021(2021-04-15) |
Vəfat səbəbi | COVID-19 |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
|
Mükafatları |
![]() |
Kamil İbrahimov 6 avqust 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.
Kamil İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980–88-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Arxeologiya və Etnoqrafiya muzey-sərgisi"ndə elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildən İnstitutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" şöbəsində böyük elmi işçi, daha sonra həmin İnstitutun "Azərbaycanın ilk orta əsrlər arxeologiyası" şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır[2].
Kamil İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak etmişdir. 2001–2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. 2003-cü ildə "Bakı IX–XV əsrlərdə" mövzusunda dissertasiya müdafiə edərək, alimlik dərəcəsi almışdır[2].
2006-cı ildə "Bakı İçərişəhər" adlı II cildlik monoqrafiyasını çap etdirmişdir. 2007-ci ildə Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyası nda "Bakı və Abşeronun arxeoloji xəritəsi və ekoarxeoloji problemləri" mövzusunda dissertasiya müdafiə edərək doktor professor adına layiq görülmüşdür. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professorudur. Xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində iştirak etmişdir. Türkiyədəki Universitetlərdə "Kiçik Asiyada mifalogiya tarixindən" adlı kurslar aparmış və mühazirələr oxumuşdur.
Kamil İbrahimov 15 aprel 2021-ci ildə Bakı şəhərində koronavirusdan vəfat etmişdir.
9 kitab, 100 — dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifidir.12 kitabın elmi redaktorudur. Kitablarının hamısı, elmi məqalələrinin əksəriyyəti Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuşdur. Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etmişdir.
Kamil İbrahimov hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi"nin "Mədəni irsin tədqiqi sektoru"nun müdiri, həmçinin "Qala Tarix-Etnoqrafiya Qoruğu"-nda direktor müavini vəzifələrində çalışır.
Kamil İbrahimov həm də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi" şöbəsinin böyük elmi işçisidir.
Kamil İbrahimov BDU-nin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimi olaraq "Qafqaz arxeologiyası", "Arxeologiyanın əsasları", "Çöl arxeologiyası" və digər fənləri tədris edir.
Kamil İbrahimov Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında "Elmi və ekoarxeoloji tədqiqatlar" mərkəzinin və Bakı arxeoloji ekspedisiyasının rəhbəridir. O, Türk Tarix Qurumunun, Almaniya-Azərbaycan cəmiyyətinin, Miras ictimai birliyinin, Simurq asosiasiyasının üzvü, İCOM-un üzvü, həmçinin AAK-in "Tarix, İnsan, Cəmiyyət" elmi jurnalında redaksiya heyətinin üzvüdür.
Respublika prezidentinin 18 may 2018-ci il sərəncamı ilə İbrahimov Kamil Fərhad oğluna Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.
Azərbaycan prezidenti yanında AAK — ın (Ali Attestasiya Komitəsi) Tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.
Rəsmi səviyyədə Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, həmçinin universitetlərin diplomları, fəxri fərmanları və digər mükafatları ilə təltif olunmuşdur.