. Love.az

Kamo Agacanyan - Wikipedia - Love.az

Ana Səhifə - Kamo Agacanyan

Kamo Ağacanyan (13 dekabr 1971[1], Edilli, Hadrut rayonu) — dövlət və hərbi xadim, general-leytenant, Birinci Qarabağ müharibəsi iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi (25 mart 2013 – 6 iyun 2018), Aprel döyüşləri iştirakçısı, Qondarma Daölıq Qarabağ Respubliksının təhlükəsizlik xidmətinin direktoru (29 may 2020 – dekabr 2020), İkinci Qarabağ müharibəsi iştirakçısı.

Kamo Ağacanyan
Şəxsi məlumatlar
Doğum tarixi 13 dekabr 1971(1971-12-13)[1] (53 yaş)
Doğum yeri
  • Edilli, Hadrut rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi,
  • Aprel döyüşləri,
  • İkinci Qarabağ müharibəsi
Rütbəsi general-leytenant

Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)

Həyatı

redaktə

1971-ci il dekabrın 13-də Edilli kəndində anadan olub. Azərbaycan Mənbələrinə görə atasının əsl adı Əkbər Kərimov, anası isə ermənidir. Onun Azərbaycan SSR dövründə orta məktəb sənədlərində soyadı "Kərimov" kimi qeyd edilib[2].

1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1997-ci ildə Abovyan şəhərinin "Qriqor Narekatsi" Universitetinə daxil olmuş və 2001-ci ildə bitirmişdir.

1991-ci ildən könüllü olaraq Artsaxın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Edilli, Hadrut rayonu, Mardakert rayonu, Kəlbəcər rayonunun işğal edilməsi uğrunda gedən döyüşlərdə Azərbqaycana qarşı fəal iştirak etmişdir.

1992-ci il fevralın 1-də Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin Uxtadzor (ermənilər Edilli kəndini "Uxtadzor" adlandırırlar) dəstəsinin komandiri, 1993-cü il fevralın 1-dən isə müdafiə bölgəsi komandirinin müavini, sonra isə komandir təyin edilib.

1994-cü il yanvarın 4-də döyüş əməliyyatları zamanı yaralanmış, sağaldıqdan sonra sıralarına qayıtmışdır.

2016-cı ilin 4 günlük, 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycana qarşı döyüşlərdə fəal iştirak edib.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Աղաջանյան Կամո Աբգարի // http://am.hayazg.info/index.php?curid=14005.
  2. ↑ "Atası AZƏRBAYCANLI olan ERMƏNİLƏR". 2025-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamo_Ağacanyan&oldid=8144959"
LOVE.AZ