. Love.az

Kamran Agabalayev - Wikipedia - Love.az

Ana Səhifə - Kamran Agabalayev

Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq və teleaparıcı.

Kamran Ağabalayev
Kamran Məmmədkazım oğlu Ağabalayev
Doğum tarixi 3 mart 1980 (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşaqları Müslüm
Əli[1]
Fəaliyyəti aktyor
dramaturq
ikinci rejissor
Fəaliyyət illəri 2010-indiyə qədər
Təhsili Bakı Dövlət Universitetinin Hüquq fakültəsi

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb.[2] Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib.[3]

Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.

Evlidir, 2 oğlu var.

Mükafatları

redaktə

"Tərkedilmiş" filmindəki[4] Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb.

2 avqust 2019-cu ildə "AzərNyuMedia" şirkəti tərəfindən "Audiovizual sahədə müasir düşüncəyə görə" mükafatı ilə təltif edilmişdir.[5][6]

Filmoqrafiya

redaktə
  1. Döngələr (teleserial, 2012) — Kolyan, Kolya
  2. Bakı, mən səni sevirəm (film, 2012) — Sifarişçi
  3. Mirzə Ələkbər Sabir (film, 2012) — Pinəçi
  4. Alla Prima (film, 2012) — Sifarişçi
  5. Sonuncu (film, 2013) — Filmin ikinci rejissoru
  6. Babu (film, 2013) (Belarus) — Oliqarx Kamil Aliyev[7]
  7. Qarabağnamə — Lisaneviç
  8. Qanun naminə (teleserial, 2013) — Abutalıb
  9. Mən evə qayıdıram (film, 2014) — Savelyev
  10. Soyuq torpaq (film, 2014) (Rusiya)
  11. Tərkedilmiş (film, 2014) (Türkiyə) — Çirkin
  12. Rəssam (film, 2015) (qısametrajlı bədii film)
  13. Yarımdünya (film, 2015) — Fəxri
  14. Əli və Nino (film, 2015) — Rus kapitanı
  15. Qız qaçıran (film, 2016) — Kamuran[8] (Türkiyə)
  16. Həddən artıq uyğunluq (film, 2016) — Əjdər
  17. Üçüncü günün adamı (film, 2017) — Kapitan
  18. Ayla (Türkiyə-Cənubi Koreya)
  19. İstanbul küçələri (teleserial, 2016) (Türkiyə) — Kazım
  20. Qardaşım mənim 2 (Türkiyə) — Bico[9]
  21. Kəklikotu (film, 2017) — Məşədi

İstinadlar

redaktə
  1. ↑ "Rus zabitini oynadı, indi də monqol imperatoru olmaq istəyir". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  2. ↑ "Hüquqşünas-aktyor Kamran Ağabalayev: "Heç bir film, ya tamaşada diplom oynamır…"". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  3. ↑ "Corc Qafarov vs Kamran Agabalayev, Abbasaga Alizade…". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  4. ↑ "Кенуль Нагиева и Кямран Агабалаев представили в Турции фильм «Terkedilmiş»". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  5. ↑ Real TV. "Milli kino - 121" (az.). Youtube.com. 02.07.2019. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  6. ↑ Azərbaycan Prodüserlər Gildiyası. "Milli Kino Günü təntənəli mərasimlə qeyd olundu" (az.). Azərbaycan Prodüserlər Gildiyası. 02.08.2019. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  7. ↑ Azərbaycan – Belarus birgə istehsalı olan "Babu" adlı film çəkilib //525-ci qəzet.- 2014.- 8 yanvar.- S. 7.
  8. ↑ "Səda — Nizami Kino Mərkəzində növbəti təqdimat keçirilib (13.05.2016)". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
  9. ↑ APA TV. "Azərbaycanlı aktyor "Kardeşim benim 2"də çəkiləcək" (az.). Youtube.com. 15.07.2017. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.

Mənbə

redaktə
  • Кямран Агабалаев: Каждый человек должен бороться за свою любовь любыми способами Arxivləşdirilib 2017-07-14 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  • Könül Nağıyeva və Kamran Ağabalayev Türkiyədə ilk dəfə bədii filmdə baş rollarda çəkiləcəklər Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • Кямран Агабалаев: ""Çirkin" еще не потерян и скоро вернется на экраны" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • Кенуль Нагиева и Кямран Агабалаев: "Все пороки современного общества в фильме "Terkedilmiş" вы увидите без прикрас…" — ФОТО
  • Кенуль Нагиева и Кямран Агабалаев снимутся в главных ролях в фильме производства Турции Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  • Актер Кямран Агабалаев: "Наши преступники тоже были благородными людьми"
  • Драму Yarımdünya покажут в кинотеатрах Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • В Стамбуле прошла премьера фильма "Tərkedilmiş" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • В Стамбуле прошла премьера фильма "Tərkedilmiş" — ФОТО
  • В Азербайджане снимается сериал про воров в законе (ВИДЕО) Arxivləşdirilib 2014-02-17 at the Wayback Machine
  • Звезды на премьере фильма "YARIMDUNYA" (ФОТО) Arxivləşdirilib 2019-09-10 at the Wayback Machine
  • О премьере белорусско-азербайджанского фильма "Бабу"
  • 26 февраля состоится презентация последнего фильма с участием Яшара Нури [ölü keçid]
  • Aktyor Kamran Ağabalayev: "Bizdə hansı xalq artistini təhsil almağa göndərmək olar?" Arxivləşdirilib 2016-02-18 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamran_Ağabalayev&oldid=8090634"
LOVE.AZ