. Love.az

Kamran Memmedov Gulesci - Wikipedia - Love.az

Ana Səhifə - Kamran Memmedov Gulesci

Kamran Məmmədov (12 mart 1990) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Kamran Məmmədov
Kamran Məmmədov 2017-ci ildə
Kamran Məmmədov 2017-ci ildə
Şəxsi məlumatlar
Tam adı Kamran Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 12 mart 1990(1990-03-12) (35 yaş)
Boyu 172 sm. (5 ft 6 in)
Çəkisi 65 kq
İdman növü Güləş
Karyera illəri 1997—2019
Məşqçisi Radik Hüseynov
Medallar
Avropa Çempionatı
Bürünc 2013 Tbilisi 60 Kq.
Bürünc 2014 Vantaa 59 Kq.
Bürünc 2016 Riqa 66 Kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Kamran Məmmədov 2008-ci ildə Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu.[1] 2010-cu ildə isə Kamran Məmmədov Bolqarıstanda gənclər arasında Avropa Çempionatının və Macarıstanda gənclər arasında Dünya Çempionatının qalibi oldu.[1]

2011-ci ilin iyulunda Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vuran Kamran Məmmədov 2012-ci ildə Serbiyada Avropa Çempionatında mübarizə apardı və debüt turnirini beşinci pillədə başa vurdu.[1] Həmin ilin aprelində Kamran Məmmədov Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub olimpiya lisenziyası sahib olsa da, yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçiləri olimpiadaya daha təcrübəli hesab olunan Dünya və Avropa çempionu Həsən Əliyevi apardı.[1] Həmin ilin sentyabrında Kamran Məmmədov Qızıl Qran-Pri beynəlxalq turnirin qalibi oldu.[1]

Kamran Məmmədov 2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] İyulda Rusiyanın Kazan şəhərində Universiada Oyunlarının gümüş medalına sahib olan Kamran Məmmədov noyabrda növbəti dəfə Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[1] 2014-cü ilin aprelində Kamran Məmmədov Finlandiyanın Vantaa şəhərində növbəti dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu.[1] Həmin ilin noyabrında Kamran Məmmədov həm də Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc medalla başa vurdu.[1]

2015-ci ildə Dünya Çempionatı və Avropa Oyunlarında mübarizə aparmayan Kamran Məmmədov mövsüm ərzində Fransada Paris Qran-Prisi və Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu.[1] 2016-cı ilin martında Latviyanın Riqa şəhərində üçün dəfə Avropa Çempionatının bürünc medalına sahib olan Kamran Məmmədov iyulda hərbçilər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu.[1]

Kamran Məmmədov 2017-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turniri və Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[1] 2018-2019-cu illərdə mübarizə apardığı yeddi beynəlxalq turnirdə cəmi bir bürünc medala sahib olan Kamran Məmmədov 2019-cu ildə 28 yaşında idmanla vidalaşdı.[1]

Nəticələri

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2008
Gənclərin Avropa Çempionatı   Slovakiya
2.
2
2010
Gənclərin Avropa Çempionatı   Bolqarıstan
1.
3
Gənclərin Dünya Çempionatı   Macarıstan
1.
4
2011
Yadigar İmam Turniri   İran
2.
5
Qızıl Qran-Pri   Azərbaycan
3.
6
2012
İstanbul Qran-Prisi   Türkiyə
3.
7
Avropa Çempionatı   Serbiya
5.
8
Avropa Olimpiya Təsnifat Turniri   Bolqarıstan
1.
9
Qızıl Qran-Pri   Azərbaycan
1.
10
Oleq Karavayev Turniri   Belarus
2.
11
2013
Avropa Çempionatı   Gürcüstan
3.
12
Universiada Oyunları   Rusiya
2.
13
Dünya Çempionatı   Macarıstan
34.
14
Qızıl Qran-Pri   Azərbaycan
1.
15
2014
Vəhbi Əmrə Turniri   Türkiyə
8.
16
Avropa Çempionatı   Finlandiya
3.
17
Qızıl Qran-Pri   Azərbaycan
3.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
18
2015
Paris Qran-Prisi   Fransa
2.
19
Qızıl Qran-Pri   Azərbaycan
2.
20
2016
Avropa Çempionatı   Latviya
3.
21
Avropa Olimpiya Təsnifat Turniri   Serbiya
17.
22
Hərbçilərin Dünya Çempionatı   KYRM
2.
23
Qızıl Qran-Pri   Azərbaycan
7.
24
2017
D. Kolov - N. Petrov Turniri   Bolqarıstan
1.
25
İslam Həmrəyliyi Oyunları   Azərbaycan
1.
26
Dünya Çempionatı   Fransa
15.
27
2018
Kiyev Turniri   Ukrayna
15.
28
Vəhbi Əmrə Turniri   Türkiyə
3.
29
Oleq Karavayev Turniri   Belarus
8.
30
Dünya Çempionatı   Macarıstan
10.
31
2019
V. Əmrə Turniri   Türkiyə
5.
32
Avropa Çempionatı   Rumıniya
11.
33
G. Kartozia & V. Balavadze Turniri   Gürcüstan
5.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 International Wrestling Database. "KAMRAN MAMMADOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamran_Məmmədov_(güləşçi)&oldid=7571683"
LOVE.AZ