. Love.az

Kamran Nebizade - Wikipedia - Love.az

Ana Səhifə - Kamran Nebizade
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Kamran Nəbizadə
Şəxsi məlumatlar
Doğum adı Kamran Telman oğlu Nəbizadə
Doğum tarixi 5 fevral 1971(1971-02-05) (54 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Universiteti
İxtisası iqtisadiyyat, Dünya iqtisadiyyatı
Fəaliyyəti siyasətçi
Atası Telman Nəbiyev

Həyatı

redaktə

Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərilməlidir]

1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərilməlidir]

1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.[2]

1998-ci ildən 2003-cü ilə qədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.[2]

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.[2]

2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub.

2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür[3].

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin[4].

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

2023-cü ilin sentyabr ayının 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib[5].

Ailəlidir, 3 övladı var[2].

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az  (az.)
  2. ↑ 1 2 3 4 Gələcəklə bağlı çoxlu planlarım var. Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine oxu.az  (az.)
  3. ↑ ATƏT PA-da Lapşinlə bağlı erməni deputatın cavabı verildi. Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine trend.az  (az.)
  4. ↑ K. T. Nəbizadənin "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine president.az  (az.)
  5. ↑ Ağırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine president.az  (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamran_Nəbizadə&oldid=8047047"
LOVE.AZ