. Love.az

Kamran Recebli - Wikipedia - Love.az

Ana Səhifə - Kamran Recebli

Kamran Rəcəbli — aktyor.

Kamran Rəcəbli
Doğum tarixi 1960
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1967—1972

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Həyatı

redaktə

Babası tanınmış akademik Əhməd Rəcəblidir. Nənəsi fizika-riyaziyyat elmləri namizədi, atası texnika elmləri namizədi, anası tibb elmləri namizədi olub. 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. Uşaq rollarının ən mahir ifaçlarından biri olub. Ailəlidir. İki övladı var.[1]

Moskva Energetika İnstitutunu bitirib. 1985-ci ildə elmlər namizədi elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdıb və Azərbaycan Neft-Kimya İnstitutunda müəllim işləyib. 1989-cu ildə SSRİ Ticarət Palatasının xətti ilə Kanadaya gedib orada qalıb. Kibernetik proqramçı kimi fəaliyyətə başlayıb. Hazırda San-Dieqo şəhərində yaşayır. Enerji sahəsində mütəxəssis olan K.Rəcəbli ABŞ-ın məşhur şirkətlərində məsləhətçi olaraq çalışır. Energetika sahəsində professordur. 2010-cu ildə Azərbaycanda olmuşdur.

Filmoqrafiya

redaktə
  1. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  2. Uşaqlığın son gecəsi (film, 1968)
  3. Şərikli çörək (film, 1969)
  4. Skripkanın sərgüzəşti (film, 1972)
  5. Kinomuzu yaşadanlar. Şamil Mahmudbəyov (veriliş)

Xarici keçidlər

redaktə
  • Эксклюзив! Главный герой фильма "Şərikli çörək" живет в США: "Черный хлеб с помидором и солью…" (ФОТО)

İstinadlar

redaktə
  1. ↑ ""Şərikli çörək" filminin 60 yaşlı "Vaqif"i". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-02.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamran_Rəcəbli&oldid=8144962"
LOVE.AZ