. Love.az

Kan Musiqici - Wikipedia - Love.az

Ana Səhifə - Kan Musiqici

Kan Kimura (木村 和, Kan Kimura?, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır.

Kan
yap. KAN
Ümumi məlumatlar
Doğum adı 木村 和
Doğum tarixi 24 sentyabr 1962(1962-09-24)
Doğum yeri
  • Fukuoka, Fukuoka prefekturası, Yaponiya
Vəfat tarixi 12 noyabr 2023(2023-11-12) (61 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı, bəstəkar, söz yazıçısı[d], musiqi prodüseri, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1983–2023
Janrlar J-pop[d], pop musiqisi[1], yeni dalğa, pop-rok
Albom şirkəti Polydor Records
kimurakan.com

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ölümü
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. ""Televiziyada"") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. ""Beysbolçu olmağı arzuladım"") albomuna daxil olan "Ai wa Katsu" (hərf. ""Sevgi qalib gələcək"") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur.[2] 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir.[3]

Ölümü

redaktə

Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.[2]

İstinadlar

redaktə
  1. ↑ KAN.
  2. ↑ 1 2 "Japanese singer Kan, known for 1990 hit 'Love will Win,' dies at 61". The Mainichi (ingiliscə). 17 noyabr 2023. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2024.
  3. ↑ "Singer-Songwriter Kan, Known for "Ai wa Katsu," Dies at 61". Jiji Press News (ingiliscə). 17 noyabr 2023. 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2024.

Xarici keçidlər

redaktə
  • kimurakan.com — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kan_(musiqiçi)&oldid=7447489"
LOVE.AZ