. Love.az

Kansai Region - Wikipedia - Love.az

Ana Səhifə - Kansai Region

Kansay regionu (関西地方, Kansai-chihō?) və ya Kinki regionu (近畿地方, Kinki-chihō?) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.

Kansay
関西地方 Kansai-çihō
Kansay regionun yerləşməsi
Kansay regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə  Yaponiya
Ada Honşu
Statistika
Sahə 27335,11 km²
Əhali 22757897[1] nəf.
   Əhali sıxlığı 830 nəfər/km²
Prefekturalar 7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Adı
  • 2 Coğrafiya
    • 2.1 Parklar
    • 2.2 Dağlar
    • 2.3 Göllər
    • 2.4 Çaylar
  • 3 Əhali
  • 4 Tarix
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Adı

redaktə

Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.[2]

Kinki sözü kin (近, yaxınlıq?) və ki (畿, İmperiya paytaxtı?) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.[3]

Coğrafiya

redaktə

Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.

Parklar

redaktə
  • İse-Şima Milli Parkı
  • Yoşino-Kumano Milli Parkı

Dağlar

redaktə
  • Çuqoku dağların şərqi hissəsi

Göllər

redaktə
  • Biva gölü

Çaylar

redaktə
  • Kuzuryu çayı
  • Kita çayı
  • Yura çayı
  • Yodo çayı
    • Yasu çayı
    • Katsura çayı
    • Kamo çayı
    • Kizu çayı
    • Doton çayı
  • Yamato çayı
  • Maruyama çayı
  • Kako çayı
  • İbo çayı
  • Kinokava çayı
  • Yamato çayı
  • Kumano çayı
  • Muko çayı

Əhali

redaktə

Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.[4]

Tarix

redaktə

Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.[5]

İstinadlar

redaktə
  1. ↑ Ministry of Internal Affairs and Communications Statistics Bureau. "平成 22 年国勢調査の概要" (PDF). 26 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 May 2012.
  2. ↑ Dorothy Perkins. Five Hundred Fun Facts About Japan. DIANE Publishing. 1994. səh. 67. ISBN 1568061528. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  3. ↑ "Britannica: Kinki". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  4. ↑ Fred M. Shelley. World's Population, The: An Encyclopedia of Critical Issues, Crises, and Ever-Growing Countries. ABC-CLIO. 2014. səh. 329. ISBN 1610695070. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  5. ↑ "nara heritage online". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kansay_regionu&oldid=6662869"
LOVE.AZ