Kapoşi sarkoması - Human herpes virus 8 (HHV8) və ya Kapoşi sarkoması ilə əlaqəli herpes virusun (KSHV) səbəb olduğu bir şiş tipidir.[1]
1980-cı illərdə QİÇS xəstələrində tez-tez görülməyə başlamasından sonra daha geniş tanınmışdır. İlk dəfə 1872-ci ildə Macar dermatoloq Moritz Kapoşi tərəfindən təsvir edilmişdir və onun adı ilə bağlı adlandırılmışdır.[2] Xərçəngin bir növünə səbəb olan bu virusun DNT-si ilk dəfə 1994-cü ildə müəyyən olunmuşdur.[3] Virusların səbəb olduğu bu xəstəliyə qarşı, KSHV/HHV-8 təhlükəsi altında olan insanlar arasında maarifsizlik mövcuddur.
Kapoşi sarkoması dəri üzərində yaranan sistemli toxuma pozulmasıdır. Bu toxuma pozulması daxili orqanlarda da bəzi hallarda özünü göstərir.[4]
Kapoşi sarkomasının inkişaf riski əsasən aşağıdakı amillərlə bağlıdır:
Tədqiqatçılar Kapoşi sarkomasına hansı amillərin səbəb olduğunu, o cümlədən qarşısının alınması yollarını araşdırmağa davam edirlər.
Kapoşi Sarkomasının 4 fərqli tipi var: