. Love.az

Karib Dovletleri Assosiasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Karib Dovletleri Assosiasiyasi

Karib dövlətləri assosiasiyası - siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidad və Tobaqoda yerləşir.[1]

Karib dövlətləri assosiasiyası
Yaranma tarixi 1994
Mərkəzi
  • Port-of-Speyn
acs-aec.org

Mündəricat

  • 1 Karib birliyi (KARİKOM)
  • 2 Şərqikarib dövlətləri Təşkilatı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Karib birliyi (KARİKOM)

redaktə

Karib birliyi - Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır.

Hökumət başçılarının konfransı - Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə Nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir.

Şərqikarib dövlətləri Təşkilatı

redaktə

Şərqikarib dövlətləri Təşkilatına - Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir. Bu xidmətlərin fəaliyyəti razılaşdırılmış xarici siyasəti və birgə diplomatik nümayəndəliklərin təşkilini əhatə edir. Əsas məqsədi hökumətlərarası danışıqlarda şərqi karib ölkələrinin işgüzar dairələrinin statusunun möhkəmləndirilməsidir.[2]

Həmçinin bax

redaktə
  • Beynəlxalq təşkilatlar
  • Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı
  • Ərəb dövlətləri liqası
  • Cənubi-Şərqi Asiya dövlətləri Assosiasiyası
  • Avropa Birliyi

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
  2. ↑ "Arxivlənmiş surət". 2006-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Karib_dövlətləri_assosiasiyası&oldid=6663036"
LOVE.AZ