. Love.az

Karpat Ukraynasi - Wikipedia - Love.az

Ana Səhifə - Karpat Ukraynasi


Karpat Ukraynası (ukr. Карпатська Україна) — 1939-cu ildə Çexoslovakiyanın süqutundan sonra qısa müddət mövcud olmuş, Ukrayna yönümlü müstəqil dövlət qurumu.[1]Karpat Ukraynası Subkarpat Rusiyasının (müasir Zakarpatiya vilayətinin) ərazisində qurulmuş və yalnız bir neçə gün mövcud olmuşdur.[2]

Tarixi dövlət
Karpat Ukraynası
Bayraq Gerb
Bayraq Gerb
Ukrayna himni
15 mart 1939 — 18 mart 1939, 17 mart 1939

Paytaxt Xust
Dil ukrain dili
Rəsmi dilləri
  • ukrain dili
Din şərqi ortodoks xristianlıq
Pul vahidi çexoslovak kronu[d]
Ərazisi
  • 13.352 km²
Əhalisi
  • 796.400 nəf. (1939)
İdarəetmə forması parlamentli respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karpat Ukraynası müstəqil Ukrayna ideyasının ilk real təzahürü hesab olunur.[3] Dövlət qısa müddət yaşasa da, Ukrayna milli azadlıq hərəkatının simvolu kimi Ukrayna tarixində mühüm yer tutur. Sovet dövründə bu hadisə uzun müddət susdurulmuş, yalnız 1991-ci ildə Ukraynanın müstəqilliyindən sonra ətraflı araşdırmalara başlanmışdır.[4]

Mündəricat

  • 1 Tarixi
  • 2 İstinadlar
  • 3 Biblioqrafiya
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

1919-cu ildə Paris Sülh Konfransının qərarı ilə Subkarpat Rusiyası Çexoslovakiyanın tərkibinə daxil edildi və bölgəyə muxtariyyət vəd olundu. Lakin bu muxtariyyət uzun müddət tətbiq olunmadı. [5]1938-ci ildə Münhen sazişindən sonra Çexoslovakiya federallaşmağa məcbur oldu və Subkarpat Rusiyasına da muxtariyyət verildi. Həmin vaxtdan etibarən bölgədə Ukrayna yönümlü milli hərəkat güclənməyə başladı. [6] 1939-cu ilin martında Almaniyanın Çexoslovakiyanı işğal etməsi ilə ölkə tamamilə dağılır. Bu şəraitdə, 15 mart 1939-cu ildə Karpat Ukraynası müstəqil respublika kimi elan olunur. Yeni yaradılmış dövlətin prezidenti Avqustin Voloşin, baş naziri isə Yulian Revay idi. Karpat Ukraynasının müstəqilliyi uzun sürməmişdir. 16 mart 1939-cu ildə Macarıstan ordusu əraziyə hücum etmişdir.[7] Üç gün davam edən mübarizədən sonra Karpat Ukraynası işğal olunmuş və Macarıstan krallığına birləşdirilmişdir. Minlərlə ukraynalı döyüşçü həlak olmuş və ya əsir düşmüşdür. Avqustin Voloşin isə Rumıniyaya sığınmışdır.

Karpat Ukraynasının keçmiş əraziləri hal-hazırda Ukraynanın Zakarpatiya vilayətinə daxildir. Xust şəhərində Karpat Ukraynasına həsr olunmuş memorial abidələr və muzey fəaliyyət göstərir.

İstinadlar

redaktə
  1. ↑ "72 éve írták alá az I. Bécsi döntést | Szent Korona Rádió". 22 June 2012 tarixində arxivləşdirilib.
  2. ↑ The anniversary of the Hungarian troops invasion of Ukraine: how Carpathian Sich-men defended their native land (Річниця вторгнення угорських військ в Україну: як карпатські "січовики" боронили рідну землю) Arxiv surəti 12 mart 2023 tarixindən Wayback Machine saytında. Zakarpattia Online. 14 March 2020
  3. ↑ "Today is the 80th anniversary of the proclamation of Carpatho-Ukraine". Ukrinform (ukrayna). 15 mart 2019. 9 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2019.
  4. ↑ Kárpátalja:https://www.arcanum.com/hu/online-kiadvanyok/Lexikonok-magyarorszag-a-masodik-vilaghaboruban-lexikon-a-zs-F062E/k-F0A98/karpatalja-F0AAC/ Hozzáférés: 2024.05.11
  5. ↑ A kivégzett, kárpátaljai lágerekben elhunyt magyar képviselők (1945-1949), dr. Dupka György, dr. Zubánics László, 2017, ISBN 978-963-9814-96-7, ISSN 1022-0283
  6. ↑ Dovhei, V. From Beskyds to Katyn. "View behind the scenes. Collection of articles". LvCSTEI. Lviv, 2006
  7. ↑ Sevastian Sabol at the Territory of Terror Museum

Biblioqrafiya

redaktə
  • Ganzer, C. (2001). "Die Karpato-Ukraine 1938/39: Spielball im internationalen Interessenkonflikt am Vorabend des Zweiten Weltkrieges."  (alm.) Hamburg. Die Ostreihe - Neue Folge.  (alm.)
  • Kotowski, Albert S. Freiburg adlı yerdə yazılıb. ""Ukrainisches Piemont"? Die Karpartenukraine am Vorabend des Zweiten Weltkrieges" ["Ukrainian Piedmont"? Carpathian Ukraine on the eve of the Second World War]. Jahrbücher für Geschichte Osteuropas (alman). Stuttgart: Franz Steiner Verlag. 49. 2001: 67–95. ISSN 0021-4019.
  • Magocsi, Paul R. The Shaping of a National Identity: Subcarpathian Rus', 1848-1948. Cambridge: Harvard University Press. 1978. ISBN 9780674805798.
  • Rosokha, S. (1949). Parliament of Carpatho-Ukraine.  (ukr.) Ukrainian National Publishing.
  • Rychlík, Jan; Rychlíková, Magdaléna. Podkarpatská Rus v dějinách Československa 1918–1946. Praha: Vyšehrad. 2016. ISBN 9788074297694.
  • Shandor, V. (1997). Carpatho-Ukraine in the Twentieth Century: A Political and Legal History. Cambridge: Harvard University Press. ISBN 0-916458-86-5.
  • Winch, M. (1939). Republic for a day: An eye-witness account of the Carpatho-Ukraine incident. London.

Xarici keçidlər

redaktə
  • Carpatho-Ukraine, Encyclopedia of Ukraine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Karpat_Ukraynası&oldid=8144991"
LOVE.AZ