. Love.az

Karuizava Yeni Incesenet Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Karuizava Yeni Incesenet Muzeyi

Karuizava Yeni İncəsənət Muzeyi (軽井沢ニューアートミュージアム, Karuizava Nyu Ato Myuciamu?) – Yaponiyanın Naqano prefekturasının Karuizava qəsəbəsində yerləşən müasir incəsənət muzeyi.

Karuizava Yeni İncəsənət Muzeyi
Loqonun şəkli
Açılış tarixi aprel 2012
Ölkə
  •  Yaponiya
Yerləşir Karuizava[d]
knam.jp
knam.jp/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Xüsusiyyətlər
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Karuizava Yeni İncəsənət Muzeyi 2012-ci ildə açılmışdır.[1] Rikuo Nişimori tərəfindən dizayn olunmuş muzey binası 2007-ci ilin aprelində tamamlanmış[2] və əvvəlcə biznes binası kimi istifadə olunmuşdur.[3]

Xüsusiyyətlər

redaktə

Muzey şüşə panellərdən və sütunlardan tikilmişdir. Bu, muzey binasına şam meşəsi görkəmi vermək məqsədi daşıyır.[3] Muzeydə Yayoi Kusama kimi müasir Yaponiya incəsənətinin nümayəndələrinin, eləcə də, Yaponiyaya ilk dəfə gəlmiş xarici sənətçilərin əsərlərindən ibarət sərgilər keçirilir.[1] "Müasir yapon incəsənətini yeni prespektivdən yenidən kəşf etmək" muzeyin mövzusunu təşkil edir.[4]

Muzey iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə banket zalı, üç qalereya, kafe və restoran, suvenir dükanı, kapella və salon, ikinci mərtəbədə 6 sərgi zalı yerləşir. Xüsusi və daimi sərgilər qalereya və sərgi zallarında keçirilir. Ən böyük sərgi zalının sahəsi 211 m² təşkil edir. Birinci mərtəbənin çölündə memar Kenqo Kuma tərəfindən 2015-ci ilin iyulunda hazırlanmış "Küləkli ağcaqayın və mamır meşəsi" kapellası və fransız sənətçi Jan Mişel Otoniel tərəfindən 2014-cü ildə hazırlanmış "Ürək darvazası" adlı instalyasiya yerləşir. Bu intalyasiya bir-birinə keçirilmiş iki ürəkdən ibarətdir. Burada evlilik mərasimləri keçirilir.[2]

Qalereya

redaktə
  •  
  •  
    "Ürək darvazası"
  •  
  •  
    Sərgi zalı

İstinadlar

redaktə
  1. ↑ 1 2 "美術館について". Muzeyin rəsmi saytı (yaponca). 22 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2024.
  2. ↑ 1 2 "施設概要". Muzeyin rəsmi saytı (yaponca). 22 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2024.
  3. ↑ 1 2 "About". Muzeyin rəsmi saytı (ingiliscə). 22 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2024.
  4. ↑ "軽井沢ニューアートミュージアム". Nagano Museum (yaponca). 22 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2024.

Xarici keçidlər

redaktə
  • knam.jp — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Karuizava_Yeni_İncəsənət_Muzeyi&oldid=7786688"
LOVE.AZ