Kataloniya (kat. Catalunya; isp. Cataluña; oks. Catalonha) və ya rəsmi adı ilə Katalan Respublikası (kat. República Catalana, isp. República Catalana, oks. Republica Catalana)[1] — 1 oktyabr 2017 tarixində Kataloniya Muxtar Vilayətinin ərazisində katalan hakimiyyətinin keçirdiyi müstəqillik haqqında referendumun nəticələrinə əsasən, 27 oktyabr 2017 tarixində müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət,[2] İspaniya Krallığı daxilində yerləşən de-yure inzibati ərazi vahidi.[3][4]
Kataloniya | |||||
---|---|---|---|---|---|
kat. República Catalana isp. República Catalana oks. Republica Catalana | |||||
| |||||
Himn: Els Segadors (Meleğilər) |
|||||
![]() |
|||||
Tarixi | |||||
• Referendum | 1 oktyabr 2017 | ||||
• Müstəqilliyin elan edilməsi | 27 oktyabr 2017 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Barselona | ||||
Prezident | Karles Puçdemon | ||||
Sahəsi | |||||
• Ümumi | 32108 km² | ||||
Əhalisi | |||||
• Əhali | 7.522.596 nəfər | ||||
Valyuta | avro | ||||
Saat qurşaqları | |||||
![]() |
Kataloniya Avropanın cənub-qərbində, Piriney yarımadasında yerləşir. Şimalda Fransa və Andorra, qərbdə İspaniyanın Araqon, cənub-qərbdə isə İspaniyanın Valensiya regionu ilə həmsərhəddir. Ölkənin şərqində Aralıq dənizi yerləşir. Sahil xəttinin uzunluğu 580 kilometrdir. Barselonadan başqa Kataloniyanın digər böyük şəhərləri Tarraqona, Leyda, Jirona, Manresa, İqualada, Martorel, Terrassa və Sabadeldir.
Kataloniya iqtisadi nöqteyi-nəzərdən İspaniyanın ən inkişaf etmiş bölgəsi sayılırdı. Kataloniyanın ümumi daxili məhsulunun həcmi Finlandiya və Danimarkanın ümumi daxili məhsulunun həcmi qədərdir. Adambaşına düşən ümumi daxili məhsul isə Almaniyadakı səviyyədədir. İspaniyanın kimya, maşınqayırma və tikiş sənayesinin böyük hissəsi Kataloniyada yerləşirdi. Yeraltı sərvəti olmayan Kataloniyada kənd təsərrüfatına əhalinin cəmi 2%-i cəlb olunub. İqtisadiyyatının aşağıdakı sahələri vardır.
Katalan Respublikasını rəsmi olaraq tanıyan müstəqil bir dövlət yoxdur.[6] Aşağıda sadalanan ölkələr Katalan Respublikasını tanımadıqlarını və İspaniyanın torpaq bütünlüyünü dəstəklədiklərini bildiriblər:[7][8]
Belçika[71] və Sloveniya[72] mövqelərini dilə gətirmədən münaqişəni sülh yolu ilə həll etməyə çağırmışdır, halbuki Macarıstan İspaniyanın daxili siyasətinə qarışmaqdan imtina etmişdir.[73]
2016-cı ildə keçirilən əhali siyahıyaalmasına əsasən Kataloniyanın əhalisi 7,522,596 nəfərdir.
Hər il 11 sentyabrda Kataloniya günü kimi qeyd olunur.[74]
정부는 통합된 스페인을 지지하며, 카탈루냐 문제가 스페인의 헌법질서내에서 평화적으로 조속히 해결되기를 기대한다.