Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Kazım Həsənov | |
---|---|
![]() | |
Doğum tarixi | 1 avqust 1934(1934-08-01) |
Doğum yeri | |
Vəfat tarixi | 2015 |
Vəfat yeri | |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
![]() |
Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub.
Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 1959-cu ildən ömrünün sonuna qədər BDU-da çalışıb. Diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri fənnlərindən dərs deyib.
120-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir. 25 elmlər namizədi yetişdirmişdir.
İki övladı var.
Conterence on Control and optimization with industrial Appiictions. Baku, june 2–4,2008.