Kazım körpüsü — Qazax rayonu Yuxarı Əskipara kəndi yaxınlığında yerli əhəmiyyətli memarlıq abidəsi.[1][2]
İnventar №si 4521 olan yerli əhəmiyyətli, memarlıq abidəsidir. [1]
Əskipara çayının qolu üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında qurulmuşdur.
Onun uzunluğu 3,4 m, mərkəzi hissəsinin eni 5,8 m ümumu hündürlüyü isə 5 m. təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaq olub. Hal-hazırda abidə ermənilərin işğalı altındadır.