. Love.az

Kensinqton Sarayi - Wikipedia - Love.az

Ana Səhifə - Kensinqton Sarayi

Kensinqton sarayı - (ing. Kensington Palace) - Londonun qərb bölgəsində elə də böyük olmayan və həddən artıq sadə saraydır. Hloster hersoqluğunun (hal-hazırda hersoq Riçard və hersoginya Birgitta) eləcə də, Kent hersoq və hersoginyası (hal-hazırda hersoq Edvard və hersoginya Katarina) və onların övladlarının rəsmi iqamətgahıdır.

Kensinqton sarayı
ing. Kensinqton sarayı
Xəritə
51°30′19″ şm. e. 0°11′18″ q. u.HGYO
Ölkə İngiltərə İngiltərə
Status saray
Şəhər London
Yerləşir Londonun qərb bölgəsində
Memar Kristofer Ren
Tikilmə tarixi 1605
Üslubu barokko
Rəsmi sayt Официальный сайт
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nottingem qrafının şəhərətrafı malikanəsi kimi yaranmışdır. Şəhərdənkənar Hempton Kortda çay gəzintilərindən sıxılan kral III Vilhelm Oranskiy qrafdan sarayı satın alaraq, təmir və təhcizat işlərini Kristofer Renoya həvalə etmişdir. Onun həyat yoldaşı Mariya 1694-cü ildə bu sarayda vəfat etmiş, bir neçə il sonra I Pyotr kralı Kensinqton sarayında ziyarət etmişdir.

Kraliça Annanın zamanında 30 akr sahəsində daimi salınmış və oranjereya tikilmişdir (memar Con Vanbru, 1704). Hannover sülaləsinin birinci kralları Sent-Ceyms sarayını həddindən artıq səs-küylü və çox sakinli hesab etdikləri üçün Kensinqton sarayında demək olar ki, fasiləsiz yaşayırdılar. 1760-cı ildə Kral II Georqun ölümündən sonra sarayda taxtda olan sülalənin gənc nəsil nümayəndələri yerləşmişdir. Məhz burada kraliça Viktoriya anadan olmuşdur (bağdakı xatirə abidəsi buna nümunədir (xatırladır)). Şahzadə Diana 1981-ci ildə nikahından bəri 1997-ci ildə dünyasını dəyişdiyi günə kimi bu sarayın rəsmi sahibəsi sayılırdı.

Hal-hazırda sarayın sahibləri Şahzadə Diananın böyük oğlu - Şahzadə Villiam və onun həyat yoldaşı Ketrindir. Bu saray onların 2011-ci il 29 aprel tarixində baş tutan toylarından sonra Londondakı ilk rəsmi iqamətgahı oldu, bundan sonra isə kraliça onlara Kembric hersoq və hersoginyası titulları ilə təltif etdi.[1]

Mündəricat

  • 1 Qalereya
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Qalereya

redaktə
  •  
    Kensinqton sarayı
  •  
    Kensinqton sarayının həyəti
  •  
    Kensinqton sarayı, London
  •  
    Kensinqton sarayının Ağ bağı və Oranjereyası
  •  
    Kensinqton sarayının bağı
  •  
    Kensinqton sarayı

Həmçinin bax

redaktə
  • Hempton Kort
  • Bukingem sarayı

Xarici keçidlər

redaktə
  • Flickr-Bilder mit Verbindung zum Kensington Palace
  • WELT-Interview vom 25. März 2012 mit Chefkuratorin Lucy Worsley
  • Königlicher Haushalt

İstinadlar

redaktə
  1. ↑ "Rəsmi saytı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kensinqton_sarayı&oldid=8010667"
LOVE.AZ