Kheşanın mühasirəsi və ya Kheşan döyüşü (ing. Battle of Khe Sanh) — Vyetnam müharibəsi zamanı Kheşan[a] hərbi bazası uğrunda Vyetnam Xalq Ordusu ilə ABŞ dəniz piyadaları korpusu arasında döyüş. Amerika tarixşünaslığına görə, Kheşanın mühasirəsi müharibədə ABŞ qüvvələrinin iştirak etdiyi ən uzunmüddətli döyüşü olmuşdu və bazanı müdafiə edən dəniz piyadalarının qələbəsi ilə başa çatmışdı. Daha sonra baza tərk edilmiş və bu, Şimali Vyetnam tərəfinə öz qələbəsini təsdiq etməyə imkan yaratmışdı. Kheşanın mühasirəsi Vyetnam müharibəsinin ən məşhur və simvolik döyüşlərindən biridir.
Kheşanın mühasirəsi | |
---|---|
![]() | |
|
|
![]() |
Vikianbarda Kheşanın mühasirəsi ilə əlaqəli mediafayllar var. |