Kiçik Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənd.[2]
Kənd | |
Kiçik Şöllü Dəmirçi | |
---|---|
![]() | |
40°06′25″ şm. e. 44°22′35″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1880 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən kiçik sözündən, şollu və dəmirçi etnonimlərindən ibarətdir. Toponimdəki Şollu mənsubluq bildirən -Iu şəkilçisi qəbul etmiş türk mənşəli çol[3] etnonimini[4], dəmirçi isə şahsevən türk tayfasından olan dəmirçi etnonimini[5][6] əks etdirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir[7][8]. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında[9], Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi[10] qeyd edilmişdir.
Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.
Kənddə 1831-ci ildə 338 nəfər, 1873-cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə 1360 nəfər, 1904-cü ildə 1432 nəfər, 1914-cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız azərbaycanlı yaşamışdır[11].
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə mərıız qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər azərbaycanlı yaşamışdır[12].
1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdıır. Hazırda kənddə ermənilər yaşayır.