Kiçik Qızılağac körfəzi — Xəzər dənizinin cənub-qərb sahilində, Azərbaycanın Lənkəran rayonu sahillərində yerləşən körfəz.
Kiçik Qızılağac körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Tökülən çay | Viləş çay |
Yerləşməsi | |
39°06′06″ şm. e. 49°00′55″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Akvatoriyası | |
![]() |
Hazırda buxta qapalı su hövzəsidir. Kiçik Qızılağac körfəzi 1955-ci ildə Port İlyiç (indiki Liman) şəhəri ilə Sara adası arasında bənd inşa edildikdən sonra yaradılıb.[1] Dənizlə əlaqə üç kanalın tikintisi ilə qorunub saxlanılıb.[2]
Körfəz “Bala Dəniz” də adlanır.[1] Körfəz ərazisində Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı yerləşir.
Kiçik Qızılağac Qızılağac körfəzi və Xəzər dənizindən Sara adası ilə ayrılır, buxtanın yalnız cənub hissəsi dənizlə birləşir.[1] Şimalda qurumuş Xurşud-çala (Salyan düzü), qərbdən Muğan düzü ilə həmsərhəddir.[3]
Kiçik Qızılağac Qumbaşı və Vilyaşçay çaylarından az miqdarda su axını alır. Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar olaraq Kiçik Qızılağacın ölçüsü vaxtaşırı kiçilir və artır.[2]
1955-ci ildə Port İlyiç (indiki Liman) şəhəri ilə Sara adası arasında bənd inşa edildikdən sonra buxta qapalı su hövzəsinə çevrildi.[1] Dənizlə əlaqə üç kanalın tikintisi ilə qorunub saxlanılıb.[2]
Buxtada balıq yetişdirilir. Buxtanın şimal-şərq hissəsi Qızılağac Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.[1]