. Love.az

Kicik Sabal - Wikipedia - Love.az

Ana Səhifə - Kicik Sabal

Kiçik sabal (lat. Sabal minor) — bitkilər aləminin arekaçiçəklilər dəstəsinin arekakimilər fəsiləsinin sabal cinsinə aid bitki növü.

Kiçik sabal
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Arekaçiçəklilər
Fəsilə:
Arekakimilər
Yarımfəsilə:
Coryphoideae
Triba:
Sabaleae
Cins:
Sabal
Növ:
Kiçik sabal
Beynəlxalq elmi adı
  • Sabal minor Pers.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42505
NCBI  34172
EOL  1131508

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
    • 6.2 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Təbii şəraitdə Kuba, Meksika və Venesuela da bitir.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 60-80 sm-ə çatır. Gövdəsiz olub, torpaq qatının üst hissəsində yerləşir. Yarpaqları çətirşəkilli, uzun, əyri saplaqlarda (70 sm-ə qədər) yerləşir. Yarpaq ayasının uzunluğu 30- 60 sm olub, göyümtül-yaşıl, yumru, hissələrə bölünmüşdür, orta hissəsində uzunluğu 90 sm-ə çatır. Çiçək qrupları (1-3) mürəkkəb-süpürgəvaridir, yuxarı hissəsində açılmışdır, uzunluğu 1 m-ə qədərdir. Çiçəkləri ikicinsli, xırda, ağımtıl və yaşılımtıldir. Çiçəkyanlığı 6 ləçəkli, erkəkçikləri 6 ədəd, yumurtalığı 3 yuvalı, sütuncuğu üçkünc olub, başcığı dişicik ağızlıdır. İyulun axırı – avqustun əvvəlində çiçəkləyir. Meyvəsi şarşəkilli, qara, diametri 1 sm-ə qədərdir, noyabrda yetişir. Toxumu şarşəkilli, qonur rəngli, az hamardır, diametri 0,8 sm-dir. Toxumla çoxalır.

Ekologiyası

redaktə

Qumlu və əhəngli torpaqlarda bitir, nəmişliyə çox tələbkardır. -10-11 C dərəcə şaxtalara dözür. Bu palmanı külək və qar çox zədələyir, yarpaqlarını qırır. Yay aylarında sabal palmasını bol suvarmaq lazımdır. Zəif böyüyür, vegetasiya dövründə 3-5 yarpaq əmələ gətirir.

Azərbaycanda yayılması

redaktə

1963-cü ildən Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Bakı, Gəncə, Qəbələ, Lənkəran, Zaqatala və digər şəhərlərdə park və bağlarda becərilir.

İstifadəsi

redaktə

Qazon əkinlərində, küləkdən qorunan rütubətli yerlərdə tək və qrup halında becərilməyə yararlıdır.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Corypha minor Jacq.
  • Sabal adansonii Guerns.

Heterotipik sinonimləri

redaktə
  • Brahea minima (Nutt.) H.Wendl.
  • Chamaerops acaulis Michx.
  • Chamaerops arundinacea (Aiton) Sm.
  • Chamaerops glabra Mill.
  • Chamaerops louisiana Darby
  • Chamaerops sabaloides Baldwin ex Darl.
  • Corypha pumila Walter
  • Rhapis acaulis (Michx.) Walter ex Willd.
  • Rhapis arundinacea Aiton
  • Sabal adiantina Raf.
  • Sabal caroliniana Poir.
  • Sabal deeringiana Small
  • Sabal floribunda Katzenstein
  • Sabal glabra (Mill.) Sarg.
  • Sabal louisiana (Darby) Bomhard
  • Sabal minima Nutt.
  • Sabal pumila (Walter) Elliott
  • Sabal serrulata var. minima (Nutt.) Alph.Wood
  • Sabal speciosa L.H.Bailey

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kiçik_sabal&oldid=8113702"
LOVE.AZ