. Love.az

Kinci Imanisi - Wikipedia - Love.az

Ana Səhifə - Kinci Imanisi

Kinci İmanişi (今西 錦司, İmanişi Kinci?, 6 yanvar 1902[1], Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu.[2] Yaponiyada primatologiya elminin əsasını qoymuşdur.[3]

Kinci İmanişi
yap. 今西 錦司
Doğum tarixi 6 yanvar 1902(1902-01-06)[1]
Doğum yeri
  • Kioto, Kioto prefekturası, Yaponiya
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (90 yaşında)
Vəfat yeri
  • Kioto, Kioto prefekturası, Yaponiya
Təhsili
  • Kioto Universiteti
Fəaliyyəti antropoloq, entomoloq, universitet müəllimi[d], alpinist
Mükafatları "Mədəniyyət" ordeni (Yaponiya) — 1979
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur.[2] Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır.[2] Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir.[2] Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar.[2]

Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır.[2] 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir.[2]

İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur.[2] Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.[2] Onun yapon əntərləri haqqında araşdırmaları xarici ölkələrdə maraqla qarşılanmışdır.[2] 1957-ci ildə "Primates" jurnalını qurmuşdur.[3] Bu jurnal dünyada nəşr olunan ən köhnə beynəlxalq primatologiya jurnalıdır.[3] İmanişi 1979-cu ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2]

Əsərləri

redaktə
  • "Seybutsu no sekay" (1941, "Canlılar dünyası")
  • "Seybutsu şakay no ronri" (1949, "Canlılar aləminin məntiqi")
  • "İmanişi Kinci zenşu" (1974–75, "Kinci İmanişinin seçilmiş əsərləri")

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan
  3. ↑ 1 2 3 Matsuzava, Tetsuro; Yamaqiva, Juichi. "Primatology: the beginning". Primates. 59 (4). 2018: 313–326. doi:10.1007/s10329-018-0672-9. PMID 29982936.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 274. ISBN 0-87011-623-1. İstifadə tarixi: 4 sentyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kinci_İmanişi&oldid=7125755"
LOVE.AZ