. Love.az

Kirill Qaburic - Wikipedia - Love.az

Ana Səhifə - Kirill Qaburic

Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d], Hinçesti rayonu[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri.[1]

Kirill Qaburiç
rum. Chiril Gaburici
Moldovanın Baş naziri
18 fevral 2015 – indiyə kimi
PrezidentNikolae Timofti
Şəxsi məlumatlar
Doğum tarixi 23 noyabr 1976(1976-11-23) (48 yaş)
Doğum yeri
  • Loqaneștı[d], Hinçesti rayonu[d], Moldova SSR, SSRİ
Fəaliyyəti sahibkar, siyasətçi, iqtisadçı
Uşağı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru[2] vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub.[1] 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.[1]

2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür.[1] Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 "Azercell"in eks-rəhbəri baş nazir oldu- Moldovada Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine. qafqazinfo.az, 18.02.2015  (az.)
  2. ↑ Azercell Telecomun yeni prezidenti Kirill Qaburiç sentyabrda işə başlayır Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine. xeber.azeri.net, 14.07.2012  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kirill_Qaburiç&oldid=7406882"
LOVE.AZ