. Love.az

Koici Fucii - Wikipedia - Love.az

Ana Səhifə - Koici Fucii

Koiçi Fucii (藤井 較一, Fucii Koiçi?, 24 sentyabr 1858, Okayama – 9 iyul 1926) – Yaponiya İmperiya Donanmasının admiralı. Rus-yapon müharibəsi zamanı İkinci Donanma heyətinə başçılıq etmiş və növbəti illərdə Yaponiya İmperiya Donanmasının aparıcı üzvlərindən biri olmuşdur.

Koiçi Fucii
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1858(1858-09-24)
Doğum yeri
  • Okayama
Vəfat tarixi 9 iyul 1926(1926-07-09) (67 yaşında)
Təhsili
  • Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Qoşun növü Yaponiya İmperiya donanması
Rütbəsi Admiral
Döyüşlər
  • Çin-yapon müharibəsi,
  • Rus-yapon müharibəsi
Təltifləri 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni (Yaponiya) 1-ci dərəcəli "Doğan günəş" ordeni (Yaponiya)

Mündəricat

  • 1 Həyatı və karyerası
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

Koiçi Fucii 1858-ci ildə Yaponiyanın Okayama şəhərində doğulmuş, Yaponiya İmperiya Donanmasının Hərbi Akademiyasından yeddinci yeri tutaraq məzun olmuşdur. Donanmanın baş qərargahında müxtəlif vəzifələri tutmuş, Rusiya, Siam və İtaliyaya göndərilmiş nümayəndəliklərdə iştirak etmişdir.[1]

Birinci Çin-yapon müharibəsi zamanı donanmanın baş qərargahında, daha sonra "Soko" və "Oşima" kanonerlərində, eləcə də, "Musaşi" krayserində xidmət göstərmişdir. 1899-cu ildə kapitan rütbəsinə yüksəlmiş və bir krayserin komandirliyi ona həvalə olunmuşdur. O, Tayvandakı general-qubernatorluq qərargahında, Yaponiyanın Berlindəki səfirliyində və yenə donanmanın baş qərargahında işləmişdir.[1]

Rus-yapon müharibəsinin birinci ilində "Azuma" krayserinə komandanlıq etmiş və Koreya boğazı döyüşündə iştirak etmişdir. 1905-ci ilin yanvarında İkinci Donanmanın heyət başçısı təyin olunmuş, həmin ilin noyabr ayında kontr-admiral rütbəsinə yüksəlmişdir. 1909-cu ildə vitse-admiral, 1916-cı ildə isə admiral olmuşdur. 1915-ci ildə Birinci Donanmaya komandanlıq etmişdir. Karyerasının son illərində Fucii Yokosuka Donanma Rayonunun komandanı, 1916-cı ildə isə donanma müşaviri olmuşdur. 1920-ci ildə təqaüdə çıxmış, 1926-cı ildə ölmüşdür.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Kowner. səh. 125

Ədəbiyyat

redaktə
  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 125. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 6 may 2023.

Xarici keçidlər

redaktə
  • Nishida, Hiroshi. "Yaponiya İmperiya Donanmasının şəxsləri". Yaponiya İmperiya Donanması. İstifadə tarixi: 6 may 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Koiçi_Fucii&oldid=7504993"
LOVE.AZ