Kollu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şınıx kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Göyəlli kənd ərazi vahidinin Kollu kəndi Şınıx kənd ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Kollu | |
---|---|
40°41′15″ şm. e. 45°25′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kəndi XIX əsrdə Qazax mahalının Dəmirçilər kəndindən gəlmiş Mahmud adlı şəxs kolluq sahədə saldığı üçün belə adlandırılmışdır. Hazırda kənddəki nəsillərdən biri mahmudlu adlanır. Kəndin şimal-qərbində isə Mahmudun yeri adlı sahə var.[3]
Kənd dağlıq ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 281 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |