. Love.az

Kolorado Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Kolorado Cayi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Kolorado çayı (ing. Colorado River) — ABŞ-nin cənub-qərbindən və Meksikanın şimal-qərbindən axan, uzunluğu təxminən 2330 km olan çaydır.

Kolorado çayı
Colorado River
Ölkə
  •  ABŞ
  •  Meksika
Mənbəyi Qayalı dağların La Pudr aşırımı
Mənsəbi Kaliforniya körfəzi
Uzunluğu
  • 2.334 km
Su sərfi 640 m³/s
Hövzəsinin sahəsi 637.137 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstiqaməti

redaktə

Kolorado çayı ABŞ-nin qərbində yerləşən Kordilyer dağlarının qərb yamaclarının quraqlıq rayonlarından başlanğıc götürür. Kaliforniya körfəzinə tökülür, lakin kənd təsərrüfatı ehtiyaclarına və suvarmaya suyun həddən artıq sərf olunmasına görə çayın suyu quruyaraq dənizə çatmır. Kolorado çayının hövzəsinə ABŞ-nin 7 və Meksikanın 2 ştatının ərazisi düşür. Kolorado çayının hövzəsinin sahəsi 629.100 km²-dir. Çayda suyun sərfi quraqlıq dönəmində 570 m³/saniyə, güclü yağıntılar dönəmində isə 28.000 m³/saniyə təşkil edir. Çayın alt axınında böyük su bəndlərinin tikintisindən sonra suyun sərfi nadir hallarda 2000 m³/saniyədən çox olur. Çayda suyun illik orta məsrəfi 4069 m³/saniyə təşkil edir

Şimali Amerika ərazisində Sakit okean hövzəsinə aid olan dağ çayları qısa və bolsulu olması ilə fərqlənir. Bu çayların dərələrində nəhəng kanyonlar vardır. Kolumbiya və Kolorado çayları dağlıq ərazilərdən axdıqlarına görə hidroenerji ehtiyatları zəngindir. Bu çaylar üzərində tikilən SES-lər böyüklüyünə görə fərqlənir.

İstinadlar

redaktə

https://www.britannica.com/place/Colorado-River-United-States-Mexico

   Çay ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kolorado_çayı&oldid=8071448"
LOVE.AZ