Kolsay gölləri Milli Park (qaz. Көлсай көлдері ұлттық паркі) ― Qazaxıstanın cənub-şərqində, Tyan-Şan dağlarının şimal yamacında, Qırğızıstan sərhəddindən 10 km məsafədə yerləşən milli park. Parkın əsas xüsusiyyəti tez-tez "Tyan-Şan inciləri" olaraq adlandırılan Kolsay gölləridir. Gözəl Kaindi gölü də parkda yerləşir.[1] Parkın sərhədi Almatının 120 kilometr (75 mil) cənub-şərqindən keçir.
Kolsay gölləri Milli Parkı | |
---|---|
![]() | |
BTMB kateqoriyası — II (Milli park)![]() |
|
Sahəsi |
|
Yaradılma tarixi | 7 fevral 2007 |
Yerləşməsi | |
42°56′ şm. e. 78°24′ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Almatı vilayəti |
Yaxın şəhər | Almatı |
kolsay.kz | |
![]() |
Təbiəti qorumaq parkın missiyasının vacib bir hissəsidir. Ərazinin 72%-i ciddi mühafizə altındadır, 13%-i isə turizm və istirahət üçün ayrılmışdır.
Parkın gölləri Tyan-Şandan başlayaraq cənubdan şimala doğru axan Kolsay çayı boyunca uzanır.[2][3] Əsas göllər bunlardır:[4]
Kolsay gölləri bölgəsindəki iqlim sərin yayı olan rütubətli kontinental iqlim olaraq təsnif edilmişdir.[6] İyul ayında havanın teperaturu gündüz 30 °C (86 °F)-dən gecə −5 °C (23 °F)-yə qədər dəyişə bilər.
Ərazi ekoloji cəhətdən təmizdir və bir çoxu dərman kimi istifadə olunan olan yabanı bitkilərlə zəngindir. Kolsay göllərinin ətrafındakı bütün ərazidə güclü yağışlardan sonra iynəyarpaqlı meşələrdə müxtəlif göbələklər meydana çıxır. Alimlər parkda 704 bitki növü qeyd etmiş və bunlardan 12-si nadir olaraq təsnif edilmişdir. Parkda 50 növ məməli, 197 növ quş, 2 növ sürünən, 2 növ amfibiya və 2 növ balıq qeydə alınmışdır. Tyan-Şan qəhvəyi ayısı (U. a. İsabellinus), Türküstan vaşaqı, qar bəbiri, Tyan-Şan arxarı və daşlıq dələsi də daxil olmaqla parkdadkı altı məməli növü nadir olaraq təsnif edilmişdir.[3]
Parkın yaxınlığındakı Satı kəndində qonaq evləri və düşərgələr mövcuddur. Ərazidə Aşağı Kolsay gölündən başlayan, Kolsay gölləri boyunca irəliləyən və Sarı-Bulak aşırımından (3 278 m) keçən 25 km-lik gəzinti marşrutu da var. Marşrut üç gün piyada və ya bir gün atla gedilə bilər. Kolsay gölləri bölgədə populyar dağ turizm mərkəzidir. Bölgədəki populyar fəaliyyətlər arasında piknik, at minmə və dağ velosipedi yer alır. Aprel-sentyabr ayının sonları ərazidə düşərgə üçün standart dövrlərdir.