. Love.az

Komarov Bireotu - Wikipedia - Love.az

Ana Səhifə - Komarov Bireotu

Komarov birəotu  - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. [1][2]

Regional IUCN Statusu - NT [3]

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması 
    • 3.1 Sayı və tendensiyası
    • 3.2 Məhdudlaşdırıcı amillər
    • 3.3 Mühafizə tədbirləri
  • 4 İstinadlar

Qısa morfoloji təsviri

redaktə

Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.[4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı (kserofit), işıqsevəndir (heliofit), alp qurşağında rast gəlinir.[4][5][6]

Yayılması 

redaktə

Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu - Ordubad şəhəri və Paraqa kəndi ətrafı, Qapıcıq dağı; Culfa rayonu- Ləkətağ dağı; Şahbuz rayonu – Biçənək kəndi ətrafı, Keçəldağ ətrafı).

Sayı və tendensiyası

redaktə

Populyasiyanın ehtiyatı azdır, mənfi təsirlərə həssaslıq müşahidə olunur.[6]

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen, zoogen, iqlim amillərinin təsiridir.

Mühafizə tədbirləri

redaktə

Yayıldığı ərazilərin tam mühafizəsi, Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması[6], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.[7]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. ↑ http://redbook.az/?options=project&id=Komarov%20bir%C9%99otu[ölü keçid]
  3. ↑ Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. ↑ 1 2 Флора Азербайджан, 1961
  5. ↑ Mustafayeva S.C., 2008
  6. ↑ 1 2 3 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  7. ↑ Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Komarov_birəotu&oldid=7073621"
LOVE.AZ