. Love.az

Kommunizmin Qara Kitabi - Wikipedia - Love.az

Ana Səhifə - Kommunizmin Qara Kitabi

Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub.

Kommunizmin qara kitabı
fr. Le Livre Noir Du Communisme: Crimes, Terreur et Repression
Kitabın ilk nəşrinin üz qabığı.
Kitabın ilk nəşrinin üz qabığı.
Müəlliflər Stefan Kurtua
Nikolya Vert
Andrey Paçkovskiy
Yoahim Qauk
Jan Lui Panne
Karel Bartoşek
Jan Lui Marqolin
Janrlar tarix, siyasət
Orijinalın dili fransız dili
Ölkə Fransa Fransa
Orijinalın nəşr ili 6 noyabr 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 İçindəkilər
  • 2 Kommunist rejimlərinin qurbanlarının ümumi sayı
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

İçindəkilər

redaktə

Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb.

Kitab beş əsas başlıqdan ibarətdir.

  • Dövlət öz xalqına qarşı
  • Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror
  • Şərqi Avropa - kommunizmin qurbanı
  • Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər
  • Üçüncü dünya

Kommunist rejimlərinin qurbanlarının ümumi sayı

redaktə

Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib[1]

  • Çin Xalq Respublikası - 65.000.000
  • Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000
  • Şimali Koreya - 2.000.000
  • Kamboca - 2.000.000
  • Efiopiya - 1.700.000
  • Əfqanıstan - 1.500.000
  • Vyetnam - 1.000.000
  • Şərq bloku - 1.000.000
  • Latın Amerikası - 150.000

Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır.

Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.

Həmçinin bax

redaktə
  • Azərbaycanda Stalin repressiyaları
  • Böyük təmizləmə
  • Çeçenlərin və inquşların deportasiyası
  • Krım tatarlarının deportasiyası
  • Qaraçaylıların deportasiyası
  • Qazaxıstanda aclıq (1932-1933)
  • Qolodomor

İstinadlar

redaktə
  1. ↑ Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek, Jan Lui Marqolin. Kommunizmin qara kitabı. Moskva: «Три века истории». 2001. səh. 37. ISBN 2-221-08-204-4.

Xarici keçidlər

redaktə
  • Kitabı rus dilində oxumaq üçün link
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kommunizmin_qara_kitabı&oldid=7161432"
LOVE.AZ