Koqnitiv davranış terapiyası[1] (KDT; ing. cognitive behavioural therapy, CBT), Koqnitiv-davranış psixoterapiyası, və ya koqnitiv-bixevioral psixoterapiyası (KDP) — koqnitiv terapiya ilə davranış terapiyasını birləşdirən geniş istifadə olunan hərtərəfli psixoterapiya forması. Koqnitiv-davranış terapiyası müxtəlif psixi pozğunluqlar üçün effektivdir və düşüncələri dəyişdirməklə, xəstənin davranışını dəyişdirməklə və ya hər ikisini dəyişdirməklə uyğun olmayan emosional reaksiyaların dəyişdirilməsinə yönəlmiş qısamüddətli, bacarıqlara yönəlmiş müalicədir[2].
Koqnitiv davranış terapiyası | |
---|---|
XBT-10-PKS | GZ58ZZZ |
MeSH | D015928 |
![]() |
KDT araşdırmaları davamlı mübahisələrin mövzusudur. Bəzi araşdırmaçılar[3] onun başqa müalicə növlərindən daha effektiv olduğunu iddia edir. Bir sıra başqa araşdırmaçı[4][5][6][7][8] və həkim[9][10] isə bu iddiaların etibarlığını sual altına qoyur. Məsələn, bir araşdırma[3] KDT-nin narahatlıq və depressiya üçün nisbətən üstün müalicə olduğunu göstərsə də, həmin tədqiqatı yenidən analiz edən alimlər[6] KDT-nin digər standart müalicə üsullarından üstün olmadığını aşkar etmişlər. Üstəlik, on üç əlavə klinik sınaq nəticələrini yenidən qiymətləndirərək, bu sınaqların KDT-nin üstünlüyünü sübut edə bilmədiyi qənaətinə gəlmişlər.
2015-ci ildə dərc edilən meta-analiz isə KDT-nin depressiyaya qarşı effektivliyinin 1977-ci ildən bəri azalmaqda olduğunu ortaya qoymuşdur. Araşdırmacılar bu azalmanın dəqiq səbəbindən əmin olmasalar da, mümkün amillər arasında terapevtlərin qeyri-kafi hazırlığı, təlimatlarə əməl olunmaması, terapevt təcrübəsinin azlığı və xəstələrin müalicənin effektivliyinə inamının zəifləməsi göstərilir.[11]
KDT araşdırmalarında tərk etmə dərəcəsi yüksəkdir. 2008-ci ildə çap olunan meta analiz göstərmişdir ki, KDT-nin başqa terapiya metodları ilə müqayisədə tərk etmə dərəcəsi 17% daha yüksəkdir.[7] 2015-ci ilin meta analizi isə müalicədən öncə tərk etmə dərəcəsinin 15,9%, müalicə dövründə isə əlavə 26,2% olduğunu göstərmişdi.[12] Yüksək tərk etmə dərəcəsi xüsusilə bir neçə pozuntunun müalicəsində əyandır. Özəlliklə, qidalanma pozuntusu olan anoreksiya hansı ki, adi olaraq, KDT vasitəsi ilə müalicə olunur. KDT müalicəsi olunanların, onu qurtarmamış tərk edib, anoreksik davranışlarına qayıtmaq şansı yüksəkdir.[13]
Determinizm KDT-nin gizli fərziyyələrindən biridir. Bu yanaşmada iradə azadlığının mövcudluğu nəzərə alınmır.[9]
Fərhad Dalal (ing. Farhad Dalal) KDT-ni tənqid edən kitab yazmışdı. Həmin kitab KDT-nin etik əsaslarını sual altına qoyur.[14]
Bəzi terapevtlər KDT-nin yan təsirləri və "arzuolunmayan olaylar" (ing. unwanted events) haqqında xəbər verirlər. Məsələn, 2018-ci ildə nəşr olunmuş araşdırmada pasientlərin 27%-inin "mənfi salamatlıq/distress" (ing. negative wellbeing/distress) olduğu deyilirdi.[15]