. Love.az

Korgoz - Wikipedia - Love.az

Ana Səhifə - Korgoz

Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə.

Korgöz
40°18′11″ şm. e. 49°37′12″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 28 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.251 nəf. (2019)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Korgöz xəritədə
Korgöz
Korgöz


Mündəricat

  • 1 Haqqında
  • 2 Şəxslər
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Haqqında

redaktə

Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır.[1]

Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s. mövcuddur.[2]

Qəsəbə şimaldan Puta, cənubdan isə Qızıldaş qəsəbəsi ilə həmsərhəddir. Qərbində isə Bakı Qulaqları yerləşir. Bu dağın da ən yüksək zirvəsi məhz qəsəbənin adı ilə Kərkəs dağı adlanır.

Ərazisində 1 sənaye müəssisəsi, 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi və kitabxana var.[3]

Şəxslər

redaktə
  • Ağabəy Məmmədquliyev — Vətən müharibəsi şəhidi

Xarici keçidlər

redaktə
  • Korgöz bələdiyyəsi

Həmçinin bax

redaktə
  • Qızıldaş
  • Puta

İstinadlar

redaktə
  1. ↑ Korgöz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. ↑ Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 127
  3. ↑ "Korgöz bələdiyyəsi". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Korgöz&oldid=7353143"
LOVE.AZ