. Love.az

Kosovo Yaponiya Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Kosovo Yaponiya Munasibetleri

Kosovo–Yaponiya münasibətləri (alb. Marrëdhëniet mes Japonisë dhe Kosovës; yap. 日本とコソボの関係) – Kosovo ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Kosovonun Tokioda səfirliyi, Yaponiyanın Priştinada səfirliyi yerləşir.

Kosovo–Yaponiya münasibətləri
Kosovo və Yaponiya
 Kosovo  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kosovonun Yaponiyadakı səfirliyi.

Mündəricat

  • 1 Tarixi
  • 2 Rəsmi səfərlər
  • 3 İqtisadiyyat
  • 4 Mədəniyyət
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üzvü olan Yaponiya diplomatı Sadako Oqata 1998-ci ilin noyabrında Kosova müharibəsində baş verən insan hüququ pozuntuları və ölümlər haqqında rəsmi hesabat yayımlamışdır. O, hesabatında kosovolu qaçqınları qorumağı və məsələnin həlli üçün iş görməyi müdafiə etmişdir.[1] Yaponiya hökuməti 1999-cu ilin aprelində Kosovoya humanitar yardım edəcəyini açıqlamışdır.[2]

 
Şinzo Abe və Haşim Taçinin görüşü (2019).

Yaponiya Kosovonun müstəqilliyini 18 mart 2008-ci ildə tanımışdır. Beləliklə, Yaponiya Əfqanıstan və Türkiyədən sonra Kosovonun müstəqilliyini tanıyan üçüncü Asiya ölkəsi olmuşdur.[3] Ölkələr arasında diplomatik əlaqələr 25 fevral 2009-cu ildə qurulmuşdur. 16 iyul 2010-cu ildə Kosovonun Tokioda səfirliyi,[4] 1 yanvar 2020-ci ildə isə Yaponiyanın Priştinada səfirliyi açılmışdır.[5]

Rəsmi səfərlər

redaktə

Yaponiya xarici işlər naziri Yohey Kono 1999-cu ilin dekabrında Kosovoya rəsmi səfər etmişdir.[6] Kosovo xarici işlər naziri Enver Hocay 2011 və 2012-ci illərdə, Kosovo baş naziri Haşim Taçi 2012 və 2014-cü illərdə Yaponiyaya səfər etmişdir.[7] 2019-cu ildə Yaponiyaya Kosovo prezidenti kimi səfər edən Haşim Taçi Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[8] Kosovo prezidenti Vyosa Osmani 2021-ci ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Yaponiyada səfərdə olmuşdur.[9] Kosovo baş naziri Albin Kurti 2022-ci ildə Şinzo Abenin dəfn mərasimində iştirak etmək məqsədilə Yaponiyaya səfər etmiş və Yaponiya baş naziri Fumio Kişida ilə görüşmüşdür.[10]

İqtisadiyyat

redaktə

2019-cu ilin məlumatına əsasən Yaponiyanın Kosovoya ixrac etdiyi məhsulların ümumi dəyəri 175 milyon yen, Kosovodan idxal etdiyi məhsulların ümumi dəyəri 32,8 milyon yen təşkil etmişdir.[7]

Mədəniyyət

redaktə

2008-ci ildə Kosovodan olan rəsmilər Fuci dağına dırmaşmış və dağın zirvəsinə Kosovo bayrağını sacmışdırlar.[11] 2013-cü ildə Hiroşimadan olan bir vətəndaş qrupu 1945-ci ildə Hiroşimaya atılan atom bombası partlayışından qalma, üzərində buddizmdə mərhəmət ilahəsinin təsviri olan, "Sülh daşı" adlı adlı qranit daşı Priştina şəhərində yerləşən Kosovo Muzeyinə bağışlamışdır.[12]

İstinadlar

redaktə
  1. ↑ "Statement by Mrs. Sadako Ogata, United Nations High Commissioner for Refugees, to the Humanitarian Issues Working Group of the Peace Implementation Council, Geneva, 20 November 1998". BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ingilis). 20 noyabr 1998. 23 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  2. ↑ "Japan's Contribution to the Kosovo". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 27 aprel 1999. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  3. ↑ "Countries That Have Recognized Kosovo As An Independent State". Be In Kosovo (ingiliscə). 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  4. ↑ "About Embassy". Kosovonun Tokiodakı səfirliyi (ingiliscə). 2 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  5. ↑ "About us". Yaponiyanın Kosovodakı səfirliyi (ingiliscə). 1 aprel 2024. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  6. ↑ "Japan-Kosovo Relations". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). iyun 2009. iyul 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  7. ↑ 1 2 "Japan-Kosovo Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingilis). 25 sentyabr 2020. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  8. ↑ "Thaçi meets the Japanese Prime Minister, they express satisfaction with the rapprochement between the two countries". KOHA.net (ingiliscə). 21 oktyabr 2019. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  9. ↑ "Osmani udhëtoi drejt Japonisë për ceremoninë hapëse të Lojërave Olimpike". Kallxo (albanca). 22 iyul 2021. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  10. ↑ "Prime Minister Kurti was hosted by the Prime Minister of Japan, Fumio Kishida". Kosovo baş nazirinin ofisi (ingiliscə). 28 sentyabr 2022. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  11. ↑ "コソボ関係者、富士山頂でコソボ国旗を掲揚(T)" (yaponca). 7 sentyabr 2008. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  12. ↑ "Peace stone from Hiroshima presented to Kosovo". The Japan Times (ingiliscə). 22 may 2013. 8 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.

Xarici keçidlər

redaktə
  • Yaponiyanın Kosovodakı səfirliyi
  • Kosovonun Yaponiyadakı səfirliyi (arxivləşdirilib)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kosovo–Yaponiya_münasibətləri&oldid=7607954"
LOVE.AZ