Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir.[1][2] Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur.[3] Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur.[4] Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir.[5]
Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib.[6] Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir.[7] Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir[8][9].
Kosovo meşələri dövlət əhəmiyyətlidir və müxtəlif qanunlarla qorunur[10]. Ümumi meşə fondunun sahəsi 464 800 hektardır. Bu ehtiyatın 278 880 hektarı ictimayi mülkiyyətdir və Kosovo meşə təsərrüfatının nəznindədir. 185 920 hektar isə özəl mülkiyyətin nəzarətindədir.[11]
Meşələr Kosovo iqliminə təsir göstərir və torpağı eroziyadan qoruyur. Meşələrin ümumi sahəsi 40 milyon m²-dir, hər kektara 90 m³ oduncaq düşür.[12] Enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir.[13].
Cədvəldə ölkə ərazisində olan meşələrin klassifikasiyası göstərilib[14]:
Meşə tipləri | Sahəsi hektarla | % meşələrin ümumi sahəsinin |
---|---|---|
Dağ meşələri | 66 000 | 15 % |
Aran meşələri | 179 000 | 42 % |
Yenidən bərpa olunan meşələr | 82 000 | 20 % |
Kolluqlar | 103 000 | 23 % |
Ümumi meşələrin yarısı 0 və 20 yaşlı ağaclardan, yarısı isə 20 - 40, 40 - 60, 60-80 yaş arasında olan ağaclardan ibarətdir.[15]. Meşələrin üçdə ikisi orta diametri 7 sm olan ağaclardan ibarətdir.[16]
Meşələrdə üstünlük təşkil edən ağaclar:[17]:
Ölkə ərazisininin 4,39% dövlət tərəfindən qorunur.[18][19] Ümumən Kosovoda 97 qorunan ərazi var. Bunlar qoruqlar, milli parklar, təbiət abidələri və parklardır. Qorunan ərazilərdən ən böyüyü Şar dağları bölgəsidir (60 000 hektar). Şimali Albaniya alpları ərazisində də milli park yaradılması pılanlaşdırılır.[20].
Agricultural land comprises 53% of Kosovo's total land area and forests 41%.