"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin[a][b] maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı.
Kral Ceymsin Bibliyası | |
---|---|
ing. King James Bible | |
![]() «İcazə verilmiş versiya» tərcüməsinin 1611-ci ildə Kornelis Boel tərəfindən çap edilmiş birinci buraxılışının başlıq səhifəsi. Burada, həvari Pyotr və Pavel, mərkəzi mətnin üzərində əyləşdiriliblər. Onların yanlarında Musa və Aaron dayanır. Səhifənin dörd küncündə dörd yevangeliyanın müəllifləri Matfey, Mark, Luka və İohann simvolik heyvanları ilə əyləşdirilmişdir. Qalanları Pyotr və Pavelin ətrafında dayanan Həvarilərdir (İuda uzaqlara baxır). Səhifənin ən yuxarısında ivrit diakritik işarələri ilə "יְהֹוָה" – Tetraqrammaton yazısı yazılmışdır. | |
Müəllif | 52 nəfər |
Janr | müqəddəs Kitab |
Mövzu | Bibliya |
Orijinalın dili | ivrit dili |
Ölkələr |
![]() |
Orijinalın nəşr ili | 1611 |
Tərcüməçi | Lanselot Endrüs[d] |
Nəşr | Robert Barker |
Səhifə | təx. 1.200 |
![]() |
"Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir. Kitab həmçinin, ingilis mədəniyyətinin ən əhəmiyyətli kitablarından biri[2] və ingilisdilli dünyanın formalaşdırılmasında hərəkətverici qüvvə hesab edilir.[3]
Tərcümə ilk dəfə Robert Barker tərəfindən çap edilmişdir və anqlikan kilsəsi səlahiyyətliləri tərəfindən təsdiqlənmiş Bibliyanın ingilis dilinə üçüncü tərcüməsi idi. Onlardan birincisi kral VIII Henri hakimiyyəti dövründə nəşr edilmiş "Böyük Bibliya" (1535), ikincisi isə kraliça I Elizabet hakimiyyəti dövründə nəşr edilmiş "Yepiskoplar Bibliyası" (1568) idi.[4]
"Kral Ceymsin Bibliyası" Yəhudi Bibliyasından 39 kitabdan, Apokrifdən 14 kitabdan və Əhdi-Cədiddən 27 kitabdan ibarətdir.
Vikianbarda Kral Ceymsin Bibliyası ilə əlaqəli mediafayllar var. |