Kuryer[2] (isp. El correo) — Rejissor Daniel Kalparsoronun 2024-cü ildə çəkdiyi kriminal triller filmidir. Filmin süjet xətti Patxi Amezcua və Aleyo Flah tərəfindən yazılmışdır. Filmdə baş rolları Maria Pedraza, Luis Tosar və Aron Piper ifa etmişdir.
Kuryer | |
---|---|
isp. El correo | |
Janr | triller filmi[1] |
Rejissor | Daniel Kalparsoro |
Prodüserlər |
|
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Studiya |
|
Distribütor | Universal Pictures International Spain |
İlk baxış tarixi | 2024[1] |
Ölkələr | |
Dil | ispan dili |
IMDb | ID27050277 |
Filmin hadisələr 2002-ci ildə avronun dövriyyəyə buraxılması fonunda baş verir. Belə ki, Vallekasdan olan İvan adlı gənc bir valet çirkli pulların yuyulması ilə məşğul olan beynəlxalq kartelə qoşulur və bu kartelin cərgələrində yüksəlməyə başlayır.
Film Vaca Films tərəfindən Panache Productions və La Compagnie Cinématographique ilə bərabər[4] həm də, Playtime, Netflix, RTVE, Movistar Plus+, Canal+ və Ciné+ şirkətlərinin iştirakı ilə çəkilmişdir.[4] Film Madrid, Brüssel, Marbelya, Cenevrə və Honkonqda çəkilmişdir.[5]
Film Universal Pictures International Spain şirkətinin distribütorluğu ilə 19 yanvar 2024-cü ildə İspaniyada kinoteatrlarda nümayiş olunmuşdur.[4][6][7]