. Love.az

Kuttinirpaak Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Kuttinirpaak Milli Parki

Kuttinirpaak Milli Parkı (ing. Quttinirpaaq National Park) — Kanadanın şimalında yerləşən milli parkı. Elsmir adasınının cənub-şərqində, Nunavut əyalətinin Kikiktaluk bölgəsində yerləşir. Kanadanın ən şimalda yerləşən milli parkıdır. Dünya üzrə isə Şimal-şərqi Qrenlandiya Milli Parkından sonra dünyada ikinci ən şimalda yerləşən milli parkdır. İnuktitut dilində "Kuttinirpaaq" "dünyanın ucu" deməkdir. 1988-ci ildə Elsmir Adası Milli Parkı kimi qurulmuşdur. 1999-cu ildə indiki adını almışdır.[1] 2000-ci ildə tam olaraq milli park statusu almışdır.[2] Vud Buffalo Milli Parkından sonra Kanadanın ikinci ən böyük milli parkıdır.[3]

Kuttinirpaak Milli Parkı
ing. Quttinirpaaq National Park
Tankuari fiordu
Tankuari fiordu
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 37.775 km2 ha
Yaradılma tarixi 1988
İdarəetmə orqanı Kanada Parkları
Dağ Barbo dağı
Yerləşməsi
82°13′ şm. e. 72°13′ q. u.HGYO
Ölkə  Kanada
Vilayət Nunavut
Rayon Kikiktaaluk
Yerləşməsi Elsmir
Yaxın şəhər Rezolyut
pc.gc.ca/fra/pn-np/nu/qu…
pc.gc.ca/eng/pn-np/nu/qu…
Kuttinirpaak Milli Parkı xəritədə
Kuttinirpaak Milli Parkı
Kuttinirpaak Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Təbiət
  • 2 Flora və fauna
  • 3 İnsanlar
  • 4 Qalereya
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Təbiət

redaktə
 
Milli parkın xəritəsi

Ərazisinin çoxunu buz və qayalar örtür. Ərazi az yağıntı yağan qütb səhrasıdır.

Yüksəkliklərin çoxu buzlaqlarla örtüldür. Buzlaqlar son buzlaşma dövründən bəri buradadır.

Nunavut bölgəsinin ən hündür zirvəsi olan Barbo zirvəsi (2616 metr) Kuttinirpaak Milli Parkındadır.

Flora və fauna

redaktə

Burada lemminq, Artika dovşanı, müşk öküzü, Artika qurdu kimi heyvan növləri yaşasa da, seyrək bitki örtüyü və aşağı temperatur üzündən heyvanlar aləmi kasaddır. Milli parkda xeyli piri karibusu yaşayır. Charadrius semipalmatus, Calidris canutus, şunqar, Stercorarius longicaudus kimi quşlar yay aylarında milli parkda yuva qurur. Milli parkda ən geniş yayılmış bitki növləri otvari söyüd və Eriophorum callitrixdir. Bununla yanaşı ot bitkiləri və şibyələr də bitir. İqlimin daha mülayim olduğu Hazen gölününü ətrafında canlı aləm daha zəngindir.

İnsanlar

redaktə

Yerləşdiyi yerdən və kasıb flora və faunasına görə milli parkın Elsmir adası hissəsində heç vaxt əhəmiyyətli yaşayış məskəni olmamışdır. Hazen gölünün yaxınlığındakı Tonkuari fiordunun ətrafında insanların 5000 il əvvəl məskunlaşdığı sübut edilmişdir. Burada inuitlərin əcdadları olan dorsetlər və tulelər məskunlaşmıdılar.

Milli parkın şərqindən və adanın şimalından qetb ekspedisiyaları üçün başlanğıc nöqtəsi kimi istifadə olunur. Fort Konqer qədim Artika tədqiqat bazası olmuşdur və hazırda Federal Miras Binasıdır.[4]

Qalereya

redaktə
  •  
    Britaniya İmperiyası dağları
  •  
    Tankuari fiordu, Air Fors çayı, Rollrok çayı and Makdonald çayı
  •  
    Air Fors buzlağı (2011)
  •  
    Air Fors buzlağı (1997)
  •  
    Gözəllik çayı və Ekblav gölü

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  2. ↑ "Arxivlənmiş surət" (PDF). 2016-07-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-02.
  3. ↑ "Arxivlənmiş surət". 2010-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  4. ↑ "Arxivlənmiş surət". 2011-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.

Xarici keçidlər

redaktə
  Vikianbarda Kuttinirpaak Milli Parkı ilə əlaqəli mediafayllar var.
  • NASA səhifəsi Arxivləşdirilib 2003-11-03 at the Wayback Machine
  • Kanada Parkları Arxivləşdirilib 2006-05-16 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kuttinirpaak_Milli_Parkı&oldid=7817537"
LOVE.AZ