. Love.az

Ludviq Knit - Wikipedia - Love.az

Ana Səhifə - Ludviq Knit

Lüdviq Franseviç Knit (1891, Bakı – 1942) — Azərbaycan rəssamı, miniatürçüsü. Azərbaycan almanlarından idi.

Lüdviq Knit
alm. Ludwig Knit‎
Doğum adı Lüdviq Franseviç Knit
Doğum tarixi 1891
Doğum yeri Bakı
Vəfat tarixi 1942
Milliyyəti alman
Fəaliyyəti rəssam

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
    • 2.1 Plakatlar
    • 2.2 Kitab illüstrasiyaları
    • 2.3 Xalça eskizləri
    • 2.4 Digər əsərləri
  • 3 Qalereya
  • 4 İstinadlar

Həyatı

redaktə

1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922–1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi.[1] "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi.[2] 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.[3]

Əsərləri

redaktə

Plakatlar

redaktə
  • Müsəlman fəhlə (1920-ci illər)
  • Azərbaycan fəhləsi varlını həbs edir (1920-ci illər)
  • İnqilabçı əsgər şərqə tələsir (1920-ci illər)
  • RSFSR (1920-ci illər)

Kitab illüstrasiyaları

redaktə
  • M. F. Axundov — Aldanmış kəvakib (1926)
  • Puşkin — Balıqçı və balığın nağılı (1927)
  • Orta məktəb kitabçaları (1920–1930-cu illər)

Xalça eskizləri

redaktə
  • Neft (1939)
  • Pambıq (1939)

Digər əsərləri

redaktə
  • X əsrdə İranda sosial vəziyyət (Qəznəvilərdə sosial təbəqələr), quaş, 1934
  • Nadir şahın 1743-cü ildə Dağıstandan və Şimali Azərbaycandan çəkilməsi, quaş, 1938
  • Şəki xanlığında bayramlığın yığılması, quaş, 1938
  • XVIII əsrdə Şamaxıda meydan, yağlı boya, 1939
  • XVIII əsrdə Dağlıq Qarabağda yaylağa enmək, yağlı boya, 1940

Qalereya

redaktə
  •  
    Kapitan Qrantın uşaqları kitabının cildi, 1930.
  •  
    Azərbaycanın ilk ekslibrisi - Azərbaycan SSR Xalq Maarif Komissarı Mustafa Quliyevə məxsus ekslibris - 1934.
  •  
    Orta əsr Şamaxı bazarı. 1930-cu illər. Azərbaycan Tarix Muzeyində saxlanılır.
  •  
    İbrahim xan Əfşarın rəhbərlik etdiyi ordunun Car-Balakən camaatlığı tərəfindən məğlub edilməsi (1738). Azərbaycan Tarix Muzeyində saxlanılır.

İstinadlar

redaktə
  1. ↑ "Григорий Кизелъ - К истории азербайджанского экслибриса". 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
  2. ↑ İ. M. Miklaşevskaya — Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin yaranması və formalaşması (1920–1945), Bakı, 1974, səh 141
  3. ↑ "Milli Azərbaycan Tarixi Muzeyinin 2012-ci ildə gördüyü elmi-ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin Hesabatı". 2015-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lüdviq_Knit&oldid=8129296"
LOVE.AZ