. Love.az

Lule Kabab - Wikipedia - Love.az

Ana Səhifə - Lule Kabab

Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir.

Azərbaycan Lülə kababı

Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır.

Mündəricat

  • 1 Tərkibi
  • 2 Hazırlanma qaydası
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Tərkibi

redaktə

Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.

Hazırlanma qaydası

redaktə
 
Tikə kabab və lülə kabab

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor və badımcan verilir./

Həmçinin bax

redaktə
  • Azərbaycan mətbəxi
  • Kabab

Xarici keçidlər

redaktə
  • Evdə lülə kabab hazırlamaq Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
   Azərbaycan mətbəxi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lülə_kabab&oldid=7872681"
LOVE.AZ