. Love.az

Lutfeli Melik Aslanov - Wikipedia - Love.az

Ana Səhifə - Lutfeli Melik Aslanov

Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.

Lütfəli Məlik-Aslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov
Doğum tarixi 21 yanvar 1913
Doğum yeri
  • Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1996 (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Həyat yoldaşı Valentina Yermakova
Uşaqları Ramiz, Leyla xanım
Atası Süleyman bəy
Anası Xurşud xanım
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
Mükafatları

"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

SSRİ-nin fəxri neftçisi "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Elmi fəaliyyəti
  • 4 Təltif və mükafatları
  • 5 Ailəsi
  • 6 Həmçinin bax
  • 7 Mənbələr
  • 8 İstinadlar

Həyatı

redaktə

Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.
1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.
Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.

Fəaliyyəti

redaktə
  • 1938-ci ildə təyinatla “Qaradağneft” ("Molotovneft") trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir.
  • 1940-cı ildə “Qaradağneft” trestinin neft emalı şöbəsinin rəisi təyin olunur, lakin müəssədə çox işləmir. Böyük Vətən müharibəsi başlayanda ilk könüllülər arasında olur.
  • 1942-ci ilin sonlarında yaralanaraq ordudan tərxis olunur və əvvəlki işinə qayıdır.
  • 1945-ci ildən — VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur.
  • 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış.
  • 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir.
  • 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik.
  • 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.[1]
  • 1968-ci ildə professor elmi dərəcəsi alır.[1]

Elmi fəaliyyəti

redaktə
  • Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir.
  • Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə.
  • 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.

Təltif və mükafatları

redaktə
  • SSRİ-nin Fəxri neftçisi[2][3]
  • Azərbaycan SSR əməkdar mühəndisi (1964-cü il)[2][4]
  • Azərbaycanın neft sənayesi əlaçısı[2]
  • "Qırmızı Əmək Bayrağı"[2][5]
  • "Şərəf Nişanı"[2][6]
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1980-cı il)[2]

Ailəsi

redaktə
  • Həyat yoldaşı: Valentina Petrovna Yermakova (21.01.1913,Bakı – 17.12.1991,Bakı)
  • Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)

Həmçinin bax

redaktə
  • Məlik-Aslanovlar
  • Xudadat bəy Məlik-Aslanov
  • Ramiz Məlik-Aslanov

Mənbələr

redaktə
  • Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
  • N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış. Bakı, "Səda" 2001, səh. 30 ISBN 5-86871-204-4
  • E.E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 168–169 ISBN 9952-25-001-0

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Neft sənayesi əlaçısı". www.adalet.az — 20 Noyabr 2023. 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-22.
  2. ↑ 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. 126 №-li fond, siy.1
  3. ↑ SSRİ-nin Fəxri neftçisi
  4. ↑ Azərbaycanın əməkdar mühəndisi
  5. ↑ "Qırmızı Əmək Bayrağı" ordeni
  6. ↑ "Şərəf Nişanı" ordeni
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lütfəli_Məlik-Aslanov&oldid=8110436"
LOVE.AZ