. Love.az

Lutfeli Bey Behbudov - Wikipedia - Love.az

Ana Səhifə - Lutfeli Bey Behbudov

Behbudov Lütfəli bəy Rəhim bəy oğlu (1877, Şuşa – 1918) — mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü.

Lütfəli bəy Behbudov
Şəxsi məlumatlar
Doğum tarixi 1877
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1918
Fəaliyyəti mühəndis

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Lütfəli bəy Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində anadan olmuşdu. Bəzi mənbələrdə onun adı Niftalı bəy kimi də qeyd edilir. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasını bitirmişdi. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləmişdi. 1911-ci ildə Hacıyla arası dəymiş, məhkəməyə müraciət etmişdi.[1] Hacı Zeynalabdin onun acığına bütün qarabağlıları işdən çıxarmışdı.

Əbdürrəhim bəy Haqverdiyev tərcüməyi-halında yazır: 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric etdilər (Bu xüsusda əlimdə indi də sənəd var).[2]

Lütfəli bəy 1911-ci ildə "Kürətan" adlı aksioner cəmiyyət yaradıb ona başçılıq etmişdi. Zaqafqaziya Seymində poçt-teleqraf naziri işləmişdi. 1918-ci ildə ermənilər tərəfindən öldürülmüşdü.

Ailəsi

redaktə

Lütfəli bəy tatar knyaginyası Leyla xanımla evlənmişdi. Dilarə bəyim, Pəri bəyim və Leyla bəyim adlı qızları vardı.

İstinadlar

redaktə
  1. ↑ Dennis, Robert. "Tağıyev-Behbudov məsələsi: XX əsrin əvvəllərində Qafqazın müsəlman elitləri arasındakı qarşıdurma". Bakı Araşdırmalar İnstitutu (az.). 2020-03-21. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  2. ↑ Ə. Haqverdiyev. Seçilmiş əsərləri. II cild. Bakı: 1971, səh. 472

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008, 168 səh.

Həmçinin bax

redaktə
  • Cavanşirlər
  • Behbudovlar
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lütfəli_bəy_Behbudov&oldid=7662765"
LOVE.AZ