Ləman Fuad qızı İmanova (23 iyun 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası.[1][2]
Ləman İmanova | |
---|---|
Ləman Fuad qızı İmanova | |
Doğum adı | Ləman Fuad qızı İmanova |
Doğum tarixi | (45 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 2002 – hal-hazırda |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Teatr | Akademik Milli Dram Teatrı |
Ləman İmanova 23 iyun 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.[3]
2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.[4]
8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[5]